“168 saat” qəzeti Bələdiyyə seçkilərində ödənişli təşviqata qoşulub
• 968
www.sumqayitxeber.com saytı Mərkəzi Seçki Komisiyasına istinadən məlumat verir ki, Sumqayıtda nəşr olunan “168 saat” qəzeti 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkilərində ödənişli təşviqata qoşulan KİV-lərin siyahısındadır
Belə ki, ödənişli təşviqata qoşulan qəzetlər 168 saat, Üç nöqtə , Azərbaycan, Azad Azərbaycan, Respublika, Səs, Müsavat, Agentliklərdən APA İnformasiya agentliyi, Lent.az, “Riyad Media” İnformasiya Agnetliyi, Teleradio qurumlarından isə İctimai Televiziya və Radio Yayımları Şirkətidir.
Ödənişli təşviqat qurupuna qoşulmaq üçün “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahova bildiriş ünvanlayıb. Məlumatda qeyd olunur ki, “168 saat” qəzeti bu il keçiriləcək bələdiyyə seçkilərində ödənişli əsaslarla iştirak etmək fikrindədir və qəzetin təşviqat üçün nəzərdə tutduğu tariflər isə ağ –qara (iç səhifədə) 1 kvadrat santimetr üçün 20 qəpik, Rəngli (orta səhifədə ) 1 kvadrat saantimetr üçün 40 qəpik, son səhifədə isə 1 kvadrat santimetr üçün 60 manat nəzərdə tutulub.