“2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresində 25 ölkədən nümayəndə iştirak edəcək

736

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti 13-15 may 2011-ci il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir. Konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

Xatırladaq ki, AÜDCC 9-11 may 2009-cu il tarixdə “1-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresini 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə böyük uğurla həyata keçirib. Bu il keçiriləcək “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresində isə, 25-dən artıq ölkənin kardioloq və kardio-cərrahları iştirak  edəcək.

Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunalacaq. İlk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən iştirakçıların www.bakuheartdays.az saytında electron qeydiyyatı, eyni zamanda məqalə və tezislərin elektron qəbulu həyata keçirilib. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatlar konqres salonunda canlı yayımlanacaq. Bu isə, “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək.

Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər