2 FEVRAL – AZƏRBAYCAN GƏNCLƏRİ GÜNƏ HƏSR EDLİMİŞ SİLSİLƏ TƏDBİRLƏR

747

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sumqayıt şəhərində silsilə tədbirlər keçirilmişdir. 01 fevral 2010-cu il tarixində şəhər İcra Hakimiyyətində fəal və istedadlı gənclərin bir qrupu keçirilmiş ilə görüş olmuşdur. Tədbiri giriş nitqilə açan şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Gününün meydana gəldiyi tarixi şəraitdən, dövlət gənclər siyasətinin müxtəlif aspektlərindən danışmışdır. O, Sumqayıt şəhərində ayrı-ayrı sahələrdə yüksək nailiyyətlər əldə etmiş çoxsaylı gənclərin yaşayıb yaratdığını, onların şəhərə daim baş ucalığı gətirdiyini nəzərə çatdırmışdır. O, görüş iştirakçılarını sərbəst fikir mübadiləsinə çağırmışdır.

Gənclər və İdman Baş İdarənin rəisi Musa Həsənov məruzəsində 2009-cu il ərzində şəhərdə gənclərlə iş sahəsində görülmüş işlərdən, gənclərin uğurlarından danışmışdır.Açıq diskussiya şəraitində keçən görüşdə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçılık Akademiyasının tələbəsi Elvin Dadaşov, Bələdiyyə üzvü, “İrəli” İctimai Birliyinin sədrinin müşaviri və “Azərbaycan Könüllüləri” İctimai Birliyinin sədri Əliaslan Əliyev, Gənc İstedadlara Dəstək Fondunun icraçı direktoru Rüstəm Sadıqzadə, “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyinin sədr müavini Seymur Bayramov, Gənclər və İdman Baş İdarəsi nəzdində “Sumqayıt İntellekt Mərkəzi Klubu”nun sədri Ruslan Zeynalov çıxış etmişdir. Çıxışlarda əldə edilmiş uğurlar, görülmüş işlər barədə məlumat verilmiş konkret təkliflər irəli sürülmüşdür. Onlar ölkə və şəhər rəhbərliyinə istedadlı və fəal gənclər üçün yaradılan şəraitə görə minnətdarlıq etmişlər. Gənclər və İdman Baş İdarəsi tərəfindən 01 fevral 2010-cu il tarixində “Yeni Həyat” şadlıq sarayında 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr edilmiş bədii-əyləncəli tədbir təşkil edilmişdir. Tədbirin rəsmi hissəsində Baş İdarə tərəfindən müəyyən edilmiş 15 nominasiya üzrə müxtəlif sahələrdə fərqlənən gənclər İdarənin fəxri fərmanları və hədiyyələrilə mükafatlandırılmışdır. Sonra şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin təşəbbüsü, sahibkarlar və 2 saylı Ərazi Vergilər İdarəsinin köməyilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən təsis edilmiş təqaüdlər 10 nəfər istedadlı gəncə ilk dəfə olaraq təqdim edilmişdir. Təqaüdləri təqdim edən Baş İdarənin rəisi Musa Həsənov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək ölkə və şəhər rəhbərliyinin gənclərə və idmançlara olan dövlət qayğısından danışaraq təsis edilən təqaüdlərin müxtəlif sahələrdə fərqlənən yaradıcı gənclərə gələcəkdə böyük stimul verəcəyindən əminliyini bildirdi. O, bu cür təşəbbüsləri daha da genişləndirmək arzusunda olduğunu qeyd etmişdir. Tədbir bədii hissə ilə davam etmişdir. Bədii hissə “Sevən Ürəklər”, “Damla” qrupları və digərlərinin musiqi nömrələri ilə, habelə Baş İdarə nəzdində “Sumqayıtlı Gənclər” Şən və Hazırcavablar Klubunun yumoristik səhnələri ilə davam etmişdir.Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsi nəzdində Gənc Müəllimlər Şurası ilə birgə 30 yanvar 2010-cu il tarixində 11 saylı orta ümumtəhsil məktəbinin atıcılıq tirində gənc müəllimlər arasında “Sərrast atıcı” güllə atıcılığı yarışı təşkil edilmişdir.Şəhərin orta ümumtəhsil  müəssələrində işləyən gənc müəllimlərin iştirak etdiyi yarışda 17 məktəbin 3 nəfərdən ibarət komanda üzvləri Yarışın iştirakçıları ayaq üstə dayanaraq pnevmatik tüfəngdən istifadə etməklə 7 metr məsafədə yerləşdirilmiş rəqəmli hədəfə atəş açmaqla öz məharətlərini sınamışlar. Yarışın nəticələrinə əsasən 34 №-li orta məktəbin komandası I, 6 №-li orta məktəbin komandası II, 11 №-li orta məktəbin komandası III yer tutmuşdur. Qalib komandalar Təhsil  Şöbəsinin, Gənclər və İdman Baş İdarəsinin Fəxri fərmanları və hədiyyələrilə təltif olunmuşdur.

Qeyd etmək lazımdır ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə fevral ayının 2-də Sumqayıt Dövlət Rəsm Qalereyasında gənc rəssamların sərgisi, S.Vurğun adına mədəniyyət sarayında Əməkdar incəsənət xadimi Teymur Göyçayevin rəhbərliyi ilə gənclərdən ibarət simfonik orkestrin konserti keçirilmiş, fevral ayının 3-də isə gənc muğam ifaçılarının konserti, həmçinin fevral ayının 4-də Bülbül adına Uşaq İncəsənət Məktəbində məktəbli şagirdlərin klassik musiqi konserti keçiriləcəkdir.Ismayıl Kərimov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər