2009-cu il Sumqayıt polisinin hansı əməliyyatları ilə yadda qaldı?

1020

polis-bolmesi4-300x3002009-cu il əzində Sumqayıt şəhər Polis İdarəsinin şəxsi heyəti tərəfindən ictimai asayişin təmin olunması və cinayətkarlığa qarşı mübarizə səhəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində 936 cinayət hadisəsi qeydiyyata alınmış, onlardan 846 fakt üzrə cinayətlərin açılması təmin edilmiş, 97 cinayət bağlı qalmış, açılma 89,7% təmin olunmuşdur.

2009-cu il ərzində baş vermiş cinayət hadisələrindən 455-i (2008-ci il ərzində-309) qeyri-aşkar şəraitdə baş vermiş, onlardan 377-nin istintaqı tamamlanaraq məhkəməyə göndərilmiş, açılma 79,9%(2008-ci ildə-77,7%) təşkil etmişdir. Baş vermiş 86 (99)ağır və xüsusilə ağır  cinayət hadisəsi qeydiyyata alınmış, onlardan 71-nin (78) açılması təmin edilmiş, açılma faizi 85,5% (81,3%) təşkil etmişdir. Şəxsiyyət əleyhinə olan 318 cinayət hadisəsi qeydə alınmış, onlardan 301-nin açılması təmin edilmiş, açılma göstəricisi 98,4%(98,5%) təşkil etmişdir. İqtisadi sahədə 288 cinayət qeydə alınmış, onlardan 249-u açılmış, açılma faizi 77,1% olmuşdur. İctimai qayda əleyhinə  290 cinayət qeydə alınmış, onlardan 255-i açılmış, açılma faizi 94,1% (93,5%) olmuşdur.  Dövlət hakimiyyəti əleyhinə olan 40 cinayət qeydə alınmış, onlardan 41-nin açılması təmin edilmiş, açılma faizi 95,5% (92,6%) olmuşdur.  50 qrup tərəfindən 61 cinayət hadisəsi törədilmişdir ki, qrup iştirakçılarının sayı  118  nəfər olmuşdur. Yetkinlik yaşına çatmayanlar tərəfindən 16 cinayət (xüs.çəkisi 1,9%), əvvəllər cinayət törətmiş şəxslər tərəfindən 269 cinayət (xüs.çəkisi 31,8%(26,3%)), qadınlar tərəfindən 126 cinayət(xüs.çəkisi 14,9%(16,6%)), xarici vətəndaşlar tərəfindən 8 cinayət (xüs.çəkisi 0,9%(0,4%)), sərxoş vəziyyətdə olanlar tərəfindən  44 cinayət (xüs. çəkisi 5,2% (5,1 %)) törədilmişdir.

Polis İdarəsinin və ərazi Polis bölmələrinin əməliyyat aparatı əməkdaşları tərəfindən axtarışda olan şəxslərin tapılması və naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müəyyən işlər görülmüşdür.  2009-cu il ərzində Polis İdarəsi üzrə 156 nəfər barəsində (50-si ötən illərdən) axtarış elan edilmişdir. Axtarışda olan təqsirləndirilən şəxslərdən 103-nün (12-i ötən illərdən), yəni 67,8%-nin tutulması təmin edilmişdir.

Ağır və xüsusilə ağır cinayətlərə görə  axtarışda olan 27(19-u keçmiş illərdən) nəfərdən 9-nun, yəni 36%-nin tutulması təmin edilmiş, 2 axtarış işi ərazi aidiyyatı üzrə digər polis orqanlarına göndərilmiş, qalan 16 nəfərinin axtarışı davam etdirilir. İtkin düşmüş 47(45) nəfər axtarışda olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində onlardan  35-nin (34) yəni, 83,3%-nin (75,6%) yerləri müəyyən olunmuş, 5 axtarış işinə xitam verilmişdir. 7 nəfərin axtarışı davam etdirilir.

Bağlı qalmış bəzi cinayətlər məhz bu il açıldı

Əməliyyat aparatı əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində keçmiş illərdə baş vermiş və bağlı qalmış aşağıdakı cinayət hadisələrinin açılması təmin olunmuşdur:

-25.04.07-ci il saat 13:00-da «Azərboru» ASC-nin «Mexaniki» sexində çilingər işləyən M.Səmədovun xəsarət almasında sexin rəhbərləri İ. Abdulovun, M. Əliyevin və A.Məhərrəmovun öz vəzifə təlimatlarını pozmaları.

-20.08.08-ci ildə N. Abuşovun Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində özbaşına tikilidə yaşayan Abışova Nəsilə Tumarxan qızının evindən 150 manat pulunu, 15 manatlıq sərinkeşini və 50 manatlıq üzüyünü oğurlaması.

-27.09.08-ci il tarixdə saat 22:30-da İ.Orduxanovun Sumqayıt şəhəri 29-cu məhəllə, ev 4/33, mənzil 16-da yaşayan Əliyeva Zinyat Xandadaş qızının mənzilindən 130 manat pulunu, həmçinin arvadı Rəqsanə Orduxanovaya məxsus şəxsiyyət vəsiqəsini və digər mühüm sənədlərini oğurlaması.

-14.07.08-ci ildə B.Rzayevanın Sumqayıt şəhəri köhnə Katec qəsəbəsi, 12-ci məhəllə, ev 104-də yaşayan Aşunova Naibə Qulu qızının evindən 330 manat pulu və 100 manatlıq massaj aparatını oğurlaması.

-14.05.05-ci ildə saat 15:00-da E.Kərimovun Sumqayıt şəhəri 51-ci məhəllə, 29 №-li evdən İsmayılov İlqar Şirincan oğluna məxsus 1700 ABŞ dolları və 880 manat pulunu gizli yolla talaması.

-02.11.06-cı ildən 03.11.06-cı ilə keçən gecə R. Əliyev, H. Yusifov və digər şəxsin Sumqayıt şəhəri S.Vurğun küçəsinin 2-ci hissəsində 2 ədəd kontartor və 396 metr miss güc kabelini oğurlamaları.

-05.03.02-ci ildə M.Cəbrayılov, R.Fərəcov və V.Əhmədovun Sumqayıt şəhəri 9-cu mk/rn, ev 29V/25, mənzil 12-də yaşayan Hüseynov Nəsib Hüseyn oğlunun evindən 600 ABŞ dolları və 900.000 manat pulunu, eləcə də ev əşyalarını oğurlamaları.

-08.10.94-cü ildə Z.H.Məmmədov Bakı-Quba yolu, Tağıyev qəsəbəsindən keçən yerdə odlu silah işlətməklə RF-nın vətəndaşı Maquskov Məhəmmədxan Məmmədquliyevin BMV-316 markalı 88-08 UXPN avtomaşınını və 1 ədəd qızıl üzüyünü əlindən alması.

Narkomaniya və narkobiznesə polis həmləsi…

2009-cu il ərzində Sumqayıt ŞPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları idarənin  digər xidmətləri ilə birlikdə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 158  cinayət  faktı (2008-ci il ərzində 136 fakt) aşkar etmiş, nəticədə ümumi çəkidə 14 kq 854 qram (2008-ci il ərzində 1kq 784 qram) narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Dövriyyədən çıxarılmış narkotik vasitələrin 4kq 348 qramı güclü təsirə malik narkotik vasitələr növünə aiddir ki, onlardan 2 kq 714 qramı heroin,  1kq 563 qramı həşiş, 70,5 qramı tiryək olmuşdur. Aşkar edilmiş 158 cinayət faklarından 39-u narkotik vasitələrin satışı ilə bağlı olmuşdur.

Aşkar edilmiş faktlar üzrə 151 şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin şəxslərdən yaş həddinə görə 54 nəfəri 30 yaşadək, 97 nəfəri 30 yaşdan yuxarı olan şəxslərdir. Uçotda olan narkomanların ümumi sayı  680 olmuşdur ki, onlardan da 35-i qadındır.

417 cinayət işi məhkəməyə göndərilib

Hesabat dövründə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsi müstəntiqlərinin icraatında 807 cinayət işi istintaq edilmişdir. İcraatda olan cinayət işlərindən 489-u şöbənin müstəntiqləri tərəfindən başlanmış, 120 cinayət işi ötən ildən qalıq qalmış, 101 cinayət işi təzələnmişdir.  İcraatda olan 807 cinayət işindən 480 cinayət işinin istintaqı tamamlanmış, onlardan 417 cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilmiş, 59 cinayət işinin icraatına müxtəlif əsaslarla xitam verilmişdir. 175 cinayət işinin istintaqı müxtəlif əsaslarla dayandırılmış, 15 cinayət işi aidiyyəti üzrə göndərilmiş, 44 cinayət işi digər işlərlə birləşdirilmiş, 98 cinayət işi isə qalıq qalmışdır. İstintaq zamanı dəymiş maddi ziyanın 75,8%-nin ödətdirilməsi təmin olunmuşdur.

İctimai qaydanın qorunması, təhlükəsizliyin təmini, baş verə biləcək cinayətlərin qarşısının alınması, açılması, axtarışda olan şəxslərin tutulub istintaq orqanlarına verilməsi, eləcə də digər işlərdə sahə inspektorları tərəfindən bir sıra profilaktiki tədbirlər həytata keçirilmişdir. 2009-cu il ərzində axtarışda olanlardan 52-nin müəyyən edilib tutulması polis sahə inspektorlarının iştirakı ilə həyata keçirilmişdir. Cəza çəkmə müəssisələrindən son 3 ildə azad olunmuş 610 şəxsdən 561-nun  uçota alınması təmin edilmişdir ki, onlardan da 128-i hesabat dövrünə düşmüşdür. 78 əvvəllər məhkum olunmuşlar barəsində profilaktiki yığım işləri açılmışdır. İnzibati təcrübə sahəsində polis sahə inspektorları tərəfindən 1980  inzibati protokol tərtib edilmişdir.

9 azyaşlı tərəfindən 15 cinayət…

2009-cu il ərzində YYÇ-la PİTB-nin əməkdaşları tərəfindən baş verə biləcək cinayət hadisələrinin qarşısının alınması məqsədilə müəyyən işlər görülmüşdür. Görülmüş işlərə baxmayaraq, YYÇ-lar tərəfindən İdarənin inzibati ərazisində 11 azyaşlı tərəfindən 17 cinayət hadisəsi qeydə alınmışdır. 2008-ci il  ərzində isə 9 azyaşlı tərəfindən 15 cinayət hadisəsi törədilmişdir. 2009-cu il ərzində İdarəyə və onun ərazi PB-nə müxtəlif əsaslarla  86 nəfər azyaşlı gətirilmiş, onlardan 21 nəfəri  14 yaşına qədər, 65 nəfəri isə 14-18 yaş arasında olanlar olmuşlar. Gətirilən azyaşlıların 49 nəfəri məktəbli, 4-ü digər təhsil müəssisələrində oxuyan, qalanları isə təhsil almayanlar olmuşdur. 16 azyaşlı barəsində fərdi profilaktiki iş açılmış, 17 nəfər isə profilaktiki qeydiyyatdan çıxarılmışdır. Təhsildən yayınan azyaşlıların müəyyən edilərək təhsilə cəlb edilməsi məqsədilə şəhər ərazisində reydlər keçirilmiş, nəticədə təhsildən yayınan  2 azyaşlı müəyyən edilərək Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Oğlanlar üçün nəzərdə tutulmuş açıq tipli xüsusi təlim-tərbiyə» müəssisəsinə göndərilmişdir.

Yol polisi necə işləyib?

2009-cu il ərzində Sumqayıt şəhər ərazisində hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən bir sıra profilaktiki tədbirlər həyata keçirilmişdir. Belə ki, il ərzində DYPŞ əməkdaşları tərəfindən 48503 yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar edilərək 42898 sürücü barəsində inzibati protokol, 5605 sürücü haqqında isə yerində cərimə tətbiq edilmişdir. Ümumi aşkarlanmanın  10708 (22%)-i kobud qayda pozuntusu olmuşdur. Onlardan 1431-i nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücülər  olmuşlar. Tağım əməkdaşlarının orta iş əmsalı 5 olmuşdur. (2008-ci il ərzində isə 46139 qayda pozuntusu aşkar edilərək  39536 inzibati protokol,  6603 yerində cərimə tətbiq edilmişdir. Onlardan 10503-ü (22,7%) kobud qayda pozuntusu olmuşdur. 2140 nəfər sürücü sərxoş vəziyyətdə avtomaşını idarə etdiyi üçün barəsində inzibati tədbir görülmüşdür.)  10 və daha çox cərimə balı toplayan 194 nəfər müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilmişdir. Baxılmış inzibati materiala görə sürücülərə tətbiq edilmiş 833 min 469 manat həmin cərimənin ödənilməsi təmin edilmişdir.

2009-cu il ərzində şöbənin əməkdaşları tərəfindən ictimai qaydanı nümayişkəranə şəkildə pozan 41 nəfər «avtoxuliqan» sürücü saxlanılmış, onlardan 18-i məhkəmə tərəfindən inzibati qaydada həbs edilərək müxtəlif müddətlərə sürücülük hüquqları məhdudlaşdırılmışdır.

Qanunsuz silahların yığımı da davam edir

2009-cu il ərzində Polis İdarəsi əməkdaşlarının əhalidə qanunsuz saxlanılan silah və sursatların yığılıb təhvil verilməsi sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, qeyd olunan dövr ərzində:

– 4 ədəd avtomat silahı

– 2 ədəd AK sandığı

– 1 ədəd Revnaqan tapançası

– 1 ədəd TT tapançası

– 2 ədəd ov tüfəngi

– 1 ədəd kustar üsulla tapança

– 1 ədəd Brevette modeli Brauninq tapançası

– 17 ədəd əl qumbarası

– 2 ədəd süngü bıçağı

– 3 ədəd mərmi

– 16 ədəd UZRQM

– 3 ədəd qaz tapançası

– 2 ədəd qaz balonu

– 2 ədəd idman tapançası

– 133 ədəd elektrodetanator

– 3 ədəd «Muxa» konstruksiyalı əl qumbaratanı

– 2 ədəd fişəng atan tapança

– 3 ədəd işıq vermək üçün nəzərdə tutulmuş şaşkalar

– 415 ədəd ədəd müxtəlif kalibirli sursat götürülərək DİN-in silah-sursat anbarına təhvil verilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər