2009-cu ilin üçüncü rübünün yekunlarına həsr olunmuş yığıncaq keçirilib

894

Bu gün Sumqayıt şəhər İcra hakimiyyətində 2009-cu ilin 9 ayı ərzində şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər yığıncağı keçirilib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

Yığıncaqda çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev ötən müddət ərzində görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr barədə danışıb.

Yığıncaqda “Sumqayıt Elektrikşəbəkə” rayonunun rəisi H.Alqayev, şəhər Təmizlik Departamenti MMC-nin direktoru Q.Dünyamalıyev, şəhər Əmək və Məşğulluq Mərkəzinin direktoru Ş.Əliyev, Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamenti 8 saylı MMC-nin rəisi Q.Hacıyev, şəhər Yaşıllaşdırma İdarəsinin rəisi İ.Həsənov və şəhər İcra hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ə.Hənifəyev çıxış edərək iştirakçılara hesabat dövründə görülmüş işlər barədə məlumat veriblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər