2019-cu il dövlət büdcəsi - Sumqayıtla bağlı rəqəmlər...QANUN TAM VERSİYADA

1497

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917 500,0 min manat, xərcləri 24780100,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 22180 734,0 min manat, yerli gəlirləri 736 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 23 939 288,0 min manat, yerli xərcləri 840 812,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Sıra №-si Gəlirlərin mənbələri Məbləğ

(min manatla)

1 2 3
2.1. Fiziki şəxslərin gəlir vergisi 880 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 670 400,0
2.3. Hüquqi şəxslərin torpaq vergisi 45000,0
2.4. Hüquqi şəxslərin əmlak vergisi 211000,0
2.5. Əlavə dəyər vergisi 4 097 600,0
2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 2 293 600,0
2.6. Sadələşdirilmiş vergi 322000,0
2.7. Aksizlər 927000,0
2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 325000,0
2.8. Yol vergisi 114 000,0
2.8.1. Azərbaycan Respulikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 32 000,0
2.9. Mədən vergisi 133000,0
2.10. Gömrük rüsumları 801 000,0
2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 136000,0
2.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 69 148,0
2.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 3 920,0
2.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar(transfertin yuxarı həddi) 11 364 300,0
2.15. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 8000,0
2.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 8000,0
2.17. Dövlət rüsumu 190 000,0
2.18. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 626 600,0
2.19. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 232600,0
2.20. Sair daxilolmalar 77 932,0

Maddə 3.Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu 322 000,0
3.1.1. yol vergisi 114 000,0
3.1.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi 7000,0
3.1.3. idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər 31 000,0
3.1.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu 50000,0
3.1.5. Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu 15600,0
3.1.6. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu 16200,0
3.1.7. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait 88 200,0

Maddə 4.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

 

Maddə 5.Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

 

Maddə 6.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

6.1. bu Qanunun 10-cu maddəsi ilə 2019-cu il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid edilənlərdən başqa);

6.2. gömrük rüsumları,Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun gəlirləri tam həcmdə.

Maddə 7.Bu Qanunun 10-cu maddəsi ilə 2019-cu il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Maddə 8.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

 

Sıra

№-si

Xərclərin istiqamətləri Məbləğ

(manatla)

1 2 3
8.1. Ümumi dövlət xidmətləri 3.871.822.550,0
8.1.1. qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri 818.103.577,0
8.1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlükhaqqı xərcləri 185.700.000,0
8.1.3. elm xərcləri 133.458.274,0
8.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 93.712.931,0
8.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2.334.787.768,0
8.1.6. yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya 5.200.000,0
8.1.7. yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiya 500.000,0
8.1.8. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 300.360.000,0
8.2. Müdafiə 3.037.618.152,0
8.2.1. müdafiə qüvvələri 1.494.074.656,0
8.2.2. milli təhlükəsizlik 156.989.306,0
8.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2.800.878,0
8.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 1.383.753.312,0
8.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 1.551.995.982,0
8.3.1. məhkəmə hakimiyyəti 65.291.503,0
8.3.2. hüquq-mühafizə 1.142.305.033,0
8.3.3. prokurorluq 64.166.317,0
8.3.4. digər kateqoriyalara aid edilməyən xidmətlər 280.233.129,0
8.4. Təhsil 2.274.570.171,0
8.4.1. məktəbəqədər təhsil 233.823.590,0
8.4.2. ümumi təhsil 1.289.076.843,0
8.4.3. ilk-peşə ixtisas təhsili 39.669.994,0
8.4.4. orta ixtisas təhsili 44.847.216,0
8.4.5. ali təhsil 46.128.523,0
8.4.6. əlavə təhsil 2.247.302,0
8.4.7. təhsil sahəsində digər müəssisə və tədbirlər 618.776.703,0
8.5. Səhiyyə 1.048.272.500,0
8.5.1. poliklinikalar və ambulatoriyalar 117.655.553,0
8.5.2. xəstəxanalar 373.057.416,0
8.5.3. səhiyyə sahəsində digər xidmətlər 6.816.380,0
8.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 5.211.716,0
8.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 545.531.435,0
8.6. Sosial müdafiə və sosial təminat 2.553.387.016,0
8.6.1. sosial müdafiə xərcləri 2.510.355.340,0
8.6.1.1. sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1.502.732.410,0
8.6.2. sosial təminat xərcləri 42.971.676,0
8.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar 60.000,0
8.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 358.744.528,0
8.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 143.688.894,0
8.7.2. radio, televiziya və nəşriyyat 63.697.421,0
8.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 86.154.046,0
8.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 65.204.167,0
8.8. Mənzil və kommunal təsərrüfatı 360.330.273,0
8.8.1. mənzil təsərrüfatı 54.404.847,0
8.8.2. kommunal təsərrüfatı 283.029.291,0
8.8.3. su təsərrüfatı 4.561.000,0
8.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 18.335.135,0
8.9. Yanacaq və enerji 7.800.000,0
8.9.1. enerji kompleksi 6.300.000,0
8.9.2. yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar 1.500.000,0
8.10. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 834.730.368,0
8.10.1. kənd təsərrüfatı 796.859.322,0
8.10.2. meşə təsərrüfatı 12.448.243,0
8.10.3. balıqçılıq və ovçuluq 2.996.802,0
8.10.4. ətraf mühitin mühafizəsi 14.684.206,0
8.10.5. hidrometeorologiya tədbirləri 7.741.795,0
8.11. Sənaye, tikinti və faydalı qazıntılar 6.844.661.800,0
8.11.1. tikinti 6.827.761.800,0
8.11.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 6.825.200.000,0
8.11.2. faydalı qazıntılar 12.900.000,0
8.11.3. geodeziya və xəritəçəkmə 4.000.000,0
8.12. Nəqliyyat və rabitə 175.784.753,0
8.12.1. nəqliyyat 125.298.148,0
8.12.2. rabitə 50.486.605,0
8.13. İqtisadi fəaliyyət 298.650.000,0
8.13.1. iqtisadi və kommersiya fəaliyyəti 248.000.000,0
8.13.1.1. sahibkarlığa dəstək 86.000.000,0
8.13.1.2. Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 162.000.000,0
8.13.2. iqtisadi fəaliyyətin digər sahələri 50.650.000,0
8.14. Əsas bölmələrə aid edilməyən xidmətlər 1.561.731.907,0
8.14.1. məqsədli büdcə fondları 322.000.000,0
8.14.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu 322.000.000,0
8.14.2. ehtiyat fondları 400.000.000,0
8.14.2.1. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu 300.000.000,0
8.14.2.2. Dövlət büdcəsinin ehtiyat fondu 100.000.000,0
8.14.3. əsas bölmələrə aid edilməyən sair xərclər 839.731.907,0
8.14.3.1. beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər 75.000.000,0
8.14.3.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 20.000.000,0
8.14.3.3. digər xidmətlər üzrə xərclər 744.731.907,0

Maddə 9.Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

 

Maddə 10.Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.316.000.000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 120.800.000,0 manat, yerli xərclər 840.812.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.458.434.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 104.046.000,0 manat məbləğində təsdiq edilsin.

 

o cümlədən:

 

(manatla)

Şəhər və rayonların adı Gəlirlər Yerli xərclər Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdi-rilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi
Cəmi o cümlədən
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ
Şəhərlər:
1 Bakı 6 662 721 000 95 457 000 237 880 000 6 329 384 000 0
2 Gəncə 47 888 000 996 000 40 890 000 6 002 000 0
3 Lənkəran 17 980 000 860 000 17 120 000 0 0
4 Mingəçevir 21 405 000 68 000 14 184 000 7 153 000 0
5 Naftalan 4 196 000 4 000 2 957 000 1 235 000 0
6 Sumqayıt 89 998 000 1 312 000 53 879 000 34 807 000 0
7 Şəki 20 301 000 917 000 18 271 000 1 113 000 0
8 Şirvan 18 406 000 721 000 9 218 000 8 467 000 0
9 Yevlax 14 997 000 1 060 000 6 848 000 7 089 000 0
10 Xankəndi
Rayonlar:
11 Abşeron 40 902 000 144 000 15 993 000 24 765 000 0
12 Ağcabədi 12 047 000 724 000 10 995 000 328 000 0
13 Ağdam 4 563 000 34 000 11 638 000 0 7 109 000
14 Ağdaş 5 554 000 26 000 5 528 000 0 0
15 Ağstafa 4 755 000 56 000 8 945 000 0 4 246 000
16 Ağsu 4 468 000 422 000 6 509 000 0 2 463 000
17 Astara 12 051 000 4 614 000 7 437 000 0 0
18 Balakən 5 303 000 1 472 000 7 692 000 0 3 861 000
19 Beyləqan 8 770 000 37 000 7 082 000 1 651 000 0
20 Bərdə 12 956 000 56 000 12 900 000 0 0
21 Biləsuvar 8 094 000 1 697 000 6 397 000 0 0
22 Cəbrayıl 1 085 000 28 000 3 099 000 0 2 042 000
23 Cəlilabad 7 896 000 42 000 11 564 000 0 3 710 000
24 Daşkəsən 2 735 000 4 000 4 332 000 0 1 601 000
25 Füzuli 6 067 000 19 000 11 126 000 0 5 078 000
26 Gədəbəy 4 928 000 22 000 9 681 000 0 4 775 000
27 Goranboy 4 325 000 10 000 9 900 000 0 5 585 000
28 Göyçay 10 319 000 37 000 10 282 000 0 0
29 Göygöl 4 159 000 9 000 6 879 000 0 2 729 000
30 Hacıqabul 5 892 000 13 000 4 371 000 1 508 000 0
31 Xaçmaz 22 512 000 3 000 000 12 981 000 6 531 000 0
32 Xızı 1 964 000 4 000 3 145 000 0 1 185 000
33 Xocalı 414 000 4 000 1 673 000 0 1 263 000
34 Xocavənd 557 000 36 000 2 665 000 0 2 144 000
35 İmişli 22 660 000 348 000 7 689 000 14 623 000 0
36 İsmayıllı 7 770 000 19 000 7 483 000 268 000 0
37 Kəlbəcər 1 149 000 2 000 3 953 000 0 2 806 000
38 Kürdəmir 7 265 000 17 000 7 248 000 0 0
39 Qax 3 951 000 22 000 9 615 000 0 5 686 000
40 Qazax 10 964 000 39 000 10 925 000 0 0
41 Qəbələ 14 946 000 37 000 7 922 000 6 987 000 0
42 Qobustan 2 807 000 6 000 3 851 000 0 1 050 000
43 Quba 14 471 000 65 000 10 042 000 4 364 000 0
44 Qubadlı 2 515 000 2 000 2 278 000 235 000 0
45 Qusar 7 363 000 30 000 7 333 000 0 0
46 Laçın 1 557 000 73 000 6 215 000 0 4 731 000
47 Lerik 2 143 000 8 000 5 855 000 0 3 720 000
48 Masallı 9 611 000 42 000 9 569 000 0 0
49 Neftçala 7 531 000 32 000 7 499 000 0 0
50 Oğuz 2 763 000 32 000 6 080 000 0 3 349 000
51 Saatlı 8 936 000 10 000 8 644 000 282 000 0
52 Sabirabad 10 972 000 21 000 9 309 000 1 642 000 0
53 Salyan 11 725 000 27 000 11 698 000 0 0
54 Samux 2 897 000 24 000 5 556 000 0 2 683 000
55 Siyəzən 3 727 000 15 000 3 712 000 0 0
56 Şabran 4 846 000 20 000 4 826 000 0 0
57 Şamaxı 8 817 000 29 000 8 788 000 0 0
58 Şəmkir 13 631 000 60 000 19 875 000 0 6 304 000
59 Şuşa 1 030 000 4 000 2 229 000 0 1 203 000
60 Tərtər 4 819 000 15 000 8 934 000 0 4 130 000
61 Tovuz 16 084 000 5 746 000 15 648 000 0 5 310 000
62 Ucar 3 951 000 22 000 7 248 000 0 3 319 000
63 Yardımlı 2 206 000 8 000 4 911 000 0 2 713 000
64 Zaqatala 8 084 000 100 000 12 411 000 0 4 427 000
65 Zəngilan 1 726 000 4 000 2 257 000 0 535 000
66 Zərdab 2 875 000 16 000 7 148 000 0 4 289 000
Cəmi: 7 316 000 000 120 800 000 840 812 000 6 458 434 000 104 046 000

Maddə 11.Bu Qanunun 10-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədi ilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə,müvafiq icra hakimiyyəti orqanı həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır.

 

Maddə 12.Azərbaycan Respublikasının 2019-cu ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

 

(manatla)

12.1. Daxili dövlət borcu üzrə 172.616.756,0
12.1.1. faiz ödənişləri 154.614.772,0
12.1.2. əsas borc üzrə ödənişlər 18.001.984,0
12.2. Xarici dövlət borcu üzrə 2.162.171.012,0
12.2.1. faiz ödənişləri 601.819.146,0
12.2.2. əsas borc üzrə ödənişlər 1.560.351.866,0

Maddə 13.Azərbaycan Respublikasının 2019-cu il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti)500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 000 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 4 000 000,0 min manat məbləğində təsdiq edilsin.

Maddə 14.Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

Maddə 15.Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 862 600,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına həyata keçirilsin.

 

Maddə 16.Azərbaycan Respublikasının 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27372 263,0 min manat müəyyən edilsin.

 

Maddə 17.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2019-cu il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 13 226 900,0 min manat məbləğində müəyyən edilsin.

 

Maddə 18.Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər