2019-cu ilin ən yaxşı smartfonları hansıdır? – TOP 10

1721

“Samsung” modelləri 2019-cu ilin ən yaxşı smartfonları reytinqində yerlərin çoxusunu tutub.
Bu barədə RBK nəşri, Rusiyanın Roskaçestvo (Rusiya keyfiyyət sistemi) ilə istehlakçıların təcrübələrinə əsaslanan Beynəlxalq İstehlakçılar Assambleyasına istinadən yazıb.

Bütün modellər üzrə istifadənin rahatlığı, keyfiyyətli foto və video, zənglər, mesaj mətnlərinin yığımı, musiqinin təkrar istehsalı, naviqasiya və internet imkanları yoxlanılıb.Ekspertlər “Samsung” modellərini bu göstəricilərinə görə lider hesab ediblər: “ keyfiyyətli səs, bataretanın həcmi, telefonun imkanları, zənglərin keyfiyyəti, möhkəmlik və sukeçirməzliyi.

Birinci yerdə “Samsung Galaxy S10”, ikinci yerdə “Samsung Galaxy S10+”, üçüncü yerdə isə “Samsung Galaxy S10e” qərarlaşıb. TOP 10-ğa, həmçinin “Samsung Galaxy Note 9”, “iPhone XS Max”, “iPhone XS”, “Samsung Galaxy S9”, “Samsung Galaxy S9+”, “Samsung Galaxy S8” və “Huawei Mate 20 Pro” daxil olmağı bacarıb.

Keyfiyytli foto və videoçəkilişlər üzrə reytinqə “Apple” smartfonları yer alıb. Birinci yerdə “iPhone XS Max”, ikinci yerdə— “iPhone XS”, üçüncü isə— “iPhone XR” olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər