21 yaşlı oğlan özünü güllələdi – AZƏRBAYCANDA

1536

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, rayonun İsmayıllı kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Kənan Zaur oğlu özünü yaşadığı evin yaxınlığında təklüləli ov tüfəngi ilə güllələyərək öldürüb. O, su arxının kənarına gələrək tüfəngi boyun nahiyəsinə dirəyib və atəş açıb. Atəş səsinə qonşular gəlib və 21 yaşlı oğlanın özünü öldürdüyü məlum olub.

Bildirilir ki, Kənan Əhmədli subay olub və hərbi xidmətdən yeni qayıdıbmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər