Qəzada ölənlərin 2-si 10-cu sinifdə oxuyurmuş…

1923

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində baş vermiş qəzada ölənlərin ikisinin kimliyi məlum olub.

“Qafqazinfo”nun Şimal bölgə müxbirinin verdiyi xəbərə görə, qəza nəticəsində Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu dünyasını dəyişib. Onların xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib. Qəza məktəblilər repetitor yanına gedərkən baş verib.

Qasımov Coşqun Boks üzrə Respublika çempionudur.

Yaralı Ramin Əlfəddin oğlu Seydəhmədovun vəziyyəti ağırdır.

***

Qəzada həlak olan 3-cü şəxsin də kimliyi müəyyən edilib. O, Xaçmaz sakini, 32 yaşlı Nahid Tarıverdiyevdir.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər