Sumqayıtda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iclası keçirildi

1641

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında himayəçilik və qəyyumluq komissiyasının tərkibində fəaliyyət göstərən gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq məqsədi ilə yaradılan monitorinq qrupunun illik hesabat tədbiri keçirilib.

Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini monitorinq qrupunun sədri Ülviyyə Müzəfərova qeyd edib ki, qrupun əsas məqsədi sosial bəla olan boşanmaların, erkən nikahların, xəstə və iş qabliyyəti olmayan şəxslərin üzərində qəyyumluğun təyin olunması məsələlərinə  baxılmasıdır. Qeyd olunub ki, monitorinq qrupu daxil olan müraciətləri diqqətlə yanaşır və müsbət həlli istiqamətində işlər aparır. Boşanmalarla əlaqədar müraciət edən şəxslərlə praflaktiki söhbətlər aparılır və boşanma hallarının qarşısını alınması istiqamətində tədbirlər görülür.

Diqqətə çatdırılıb ki, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazimi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin  araşdırılması və təhlili, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.

Digər çıxışçılar mövzu ətrafında məruzə ilə çıxış ediblər. Tədbir diskusiya şəraitində davam etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər