22 yaşlı sumqayıtlı qızı zorlamaqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

1481

Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirləndirilən 1980-ci il təvəllüdlü Məftun Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Bayramovun cinayəti sübuta yetirilməyib və o, bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.

 Baş Prokurorluğun yaydığı məlumata görə, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü qızın köməksiz vəziyyətindən istifadə etməklə qohumu – Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı Şəhər Pprokurorluğunda Cinayət Məcəlləsinin 149.1 (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaqla M.Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən videogörüntü və fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək həmin qızdan 1890 manat dəyərində qızıl-zinət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib. M.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə, təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələrilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs isə ifadələrində bildirib ki, qız həyat yoldaşının qohumu olub və qızın öz istəyi ilə onunla münasibət qurub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər