Sumqayıt Muğam Mərkəzi ilk qonaqlarını qəbul etdi - FOTOLAR

1472

Sumqayıtda yeni istifadəyə verilmiş Muğam Mərkəzində ilk tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Zakir Fərəcov çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı həyata keçirilən işlərin nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.
Şəhər rəhbəri son illər Sumqayıt şəhərində həyata keçirilmiş layihələrə nəzər salıb, gələcək prespektivlərdən danışıb.
Vurğulanıb ki, son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda muğamın təbliğinə dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu baxımdan son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.

Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş şəhər sakinlərinə mükafatlar təqdim olunub.
Tədbir konsert proqrqmı ilə davam edib. Tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib.
Qeyd edək ki, inşasına bu ilin mayında başlanılan Mərkəzin binası ikimərtəbəlidir. Burada konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb. Sinif otaqlarının hamısı zəruri avadanlıqla təchiz edilib. Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var. Sinif otaqlarında isə muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

Sumqayıt Bulvarında yerləşən Muğam Mərkəzi noyabrın 21-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Fətəli
    Dekabr 9, 2019 - 19:56

    Cənab Prezidentə və Sumqayıtın Başçısı Zakir müəllimə təşəkkür edirik.
    Sumqayıt sakinlərini həddindən artıq sevindirdiyiniz və rahatlıqları üçün hər bir şəraitin yüksək səviyyədə edilməsi üçün. Allah Sizi qorusun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər