24 ildən sonra ailəsinə qovuşan qız – Fotolar

1589

Çində qızını uzun illərdi ki, axtaran ata 24 illik səylərdən sonra övladını tapa bilib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, qız bu ilin əvvəlində atası barədə statusa sosial şəbəkədə rast gəlib.

Wang Mingqingin qızı Qifeng 3 yaşında olarkən itib. Valideynlər qəzetlərə elanlar verir, internetdə müraciətlər yerləşdiriblər.

Qızının nə vaxtsa tapılacağı ümidi ilə yaşayan ailə Çenqdu şəhərini heç zaman tərk etməyib.

2015-ci ildə Wang Mingqing axtarış dairəsini genişləndirmək üçün taksi şirkətinə sürücü kimi işə düzəlir.

O, avtomobilinin arxa şüşəsinə Qifeng barədə məlumat lövhəsi asır, maşınına oturan sərnişinlərə qızı barədə məlumat kartları paylayır.

Nəhayət ötən il polis xidmətinin rəssamı qızını axtaran ataya kömək etmək qərarına gələrək Qifengin güman edilən hazırki görünüşünü təsvir edən bir portret çəkir və həmin sosial şəbəkələrdə paylaşılır.

Ölkənin o biri tayında, Çenqdudan minlərlə kilometr uzaqda yaşayan Kang Ying adlı gənc qadın həmin şəklin ona necə oxşadığndan heyrətə gəlir.

Bu ilin əvvəlində Kang Ying Wang Mingqing ilə əlaqə saxlayandan sonra tez bir zamanda DNT testi keçirilib. DNT testinin nəticəsi müsbət çıxıb – məlum olub ki, Kang Ying Wang Mingqingin qızıdır.

Bu bazar ertəsi qız atası ilə ilk dəfə olaraq telefon vasitəsilə danışıb. Çərşənbə axşamı isə ölkənin şimalında, Cinin bölgəsində yaşayan Kang Ying əri və qızı ilə birgə Çenqdu şəhərinə ata-anasını və bacısını görməyə gəlib.

“24 il ərzində necə əzab, məyusluq və ağrı çəkdiyimizi, nələr yaşadığımızı təsvir etmək çətindir. Nəhayət ki, qızımıza qovuşduq”, – Wang Mingqing Beijing “Youth Daily” qəzetinə bildirib.




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər