Sumqayıtda iftar süfrəsi açılıb – FOTOLAR

2198

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi açılıb.
İftar süfrəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, şəhid ailələrinin üzvləri, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə çox yüksək səviyyədə diqqət və qayğı göstərildiyi, onların ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı tədbirlər görüldüyü vurğulanıb. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və ehtiramdan, Ramazan ayının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.

Sumqayıt şəhəri “Cümə” məscidinin axundu Hacı Rauf Sərdarov Qurani-Kərimdən ayələr oxuyub, dualar səsləndirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər