25 yaşlı dayısı 13 yaşlı qızı dəfələrlə zorladı - BAKIDA

2431

Bakıda  azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb.

Oxu.Az-a bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan  dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.

Uşağında hazırda  Azərbaycan Uşaq Birliyinin reinteqrasiya mərkəzində olduğu bildirilir. Polisə zorlanma faktı ilə bağlı şikayət ərizəsi məhz həmin mərkəzdən daxil olub.

İstintaq orqanları, şübhəli ilə bağlı araşdırma aparır. Ərizə yanvarın 18-də daxil olduğundan fakt üzrə hələlik heç kim saxlanılmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər