Sumqayıtda Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo turniri başlayıb
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən “sumqayitxeber”ə verilən məlumat görə İdarənin təşkilatçılığı ilə keçirilən yarışda Abşeron, Qusar, Gəncə, Laçın, Şabran, Xaçmaz, Ağdam, Bərdə, Qubadlı, Yevlax, Siyəzən, İsmayıllı və Sumqayıtdan 270 yeniyetmə iştirak edir.
Ümumilikdə 1999-2001-ci il təvəllüdlü yeniyetmələr 26 komandada 10 çəki dərəcəsində (27, 30, 34, 38, 42, 46, 50, 55, 60, 60+ kiloqram) birincilik uğrunda mübarizə aparacaqlar.