Sumqayıtda baş vermiş partlayışla nəticələnən yanğına yanacaq çəninin üzərində aparılan qaynaq işləri səbəb olub.
Bu barədə şahidlər məlumat veriblər. Onların sözlərinə görə, qaynaq işləri zamanı qəfildən yanğına keçən partlayış baş verib. Hadisə nəticəsində ərazidə işləyən fəhlələr arasında ölənlər və xəsarət alanlar var.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. Yanğınla bağlı 4-cü dərəcəli ən yüksək yanğın çağırışı verilib.
Əraziyə Sumqayıt və Bakıdan yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
3-cü partlayış qeydə alınıb
ALLAHDAN YARDIMCI OLMALARINI DILERIZ