Azərbaycanın Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə köhnə Katej qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 36 yaşlı Sevinc Hüseynova ailədaxili münaqişə zamanı sirkə turşusu içərək özünə qəsd edib. Ailə üzvlərinin köməkliyi ilə təcilli olaraq xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.