4 tələbəmiz hələ də tapılmayıb – SƏFİR

680

Malatyada təhsil alan dörd tələbəmiz dağılmış binanın altında qalıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

“Onların axtarışı davam etdirilir. Təəssüf ki, tələbələrlə bağlı hələlik məlumat yoxdur. Bundan başqa, xəstəxanalarla da əlaqə saxlayırıq, onların arasında azərbaycanlı yoxdur”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.

Ötən gün sosial şəbəkələrdə tələbələrin xilas edilməsi barədə məlumat yayılsa da, XİN informasiyabı təsdiqləməyib. Hazırda onların axtarışının davam etdirildiyi bildirilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər