41 saylı Sumqayıt birinci seçki dairəsində 141 nəfər ilk dəfə səs verəcək

1366

41 saylı Sumqayıt birinci seçki dairəsində aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq davam edir. Dairə seçki komissiyasının sədri Vaqif Məmmədovun sechki-2018.az saytına verdiyi məlumata görə, dairə üzrə 33 məntəqə yaradılıb. Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi texniki avadanlıqlarla təmin olunub. Seçki prosesinin canlı izlənilməsi məqsədilə 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçki dairəsi üzrə hazırda 43 min 238 nəfər seçicinin olduğunu deyən V. Məmmədov 141 nəfərin ilk dəfə səs verəcəyini bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər