Sumqayıt şəhərində əhalinin su ilə tam təchiz olunmasını təmin etmək məqsədilə son zamanlar bir sıra işlər görülüb. Belə ki, şəhərin 47-ci məhəlləsində diametri 600 mm olan su kəmərindən diametri 150 mm, 380 p/m boru ilə yeni su xətti çəkilib. Sumqayıt “Sukanal” Törəmə Səhmdar Cəmiyyətindən verilən məlumata görə cari ilin birinci yarımili ərzində şəhərin məhəllə və mikrorayonlarında 1273 pm müxtəlif diametrli su xətti yenisi ilə əvəz edilib. Bundan əlavə 3 ədəd yeni müxtəlif diametrli siyirtmə quraşdırılıb, 8 ədəd siyirtmə əsaslı təmir edilib.