5 OKTYABR – BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ QEYD EDİLDİ

873

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsi ilə birgə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 2 oktyabr 2009-cu il tarixində Təhsil Şöbəsinin konfrans zalında orta ümumtəhsil məktəblərində çalışan gənc müəllimlərin bir qrupu ilə görüş keçirib.
Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş iştirakçılarını təbrik edən Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən Gənc Müəllimlər Şurasının yaradılmasını və mövcud olmasını zəruri edən amillərdən bəhs edib. O, şəhərin bütün orta məktəblərində çalışan gənc müəllimlərini öz sıralarında birləşdirən Gənc Müəllimlər Şurasının fəaliyyətinin daha da gücləndirilməsi üçün onun təşkilati strukturunun təkmilləşdirilməsinə ehtiyac duyulduğunu qeyd etdi. Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov gənc müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etdi. O, Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ölkə başıçısı tərəfindən yüksək fəxri təhsil işçilərinin təltif olunmasını şəhərdə təhsil sahəsində aparılan məqsədyönlü fəaliyyətə verilən qiymət kimi dəyərləndirib. Baş İdarənin rəisi “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülməsi münasibətilə Təhsil Şöbəsinin müdiri Vidadi Bağırovu və təltif edilmiş digər təhsil işçilərini təbrik etdi. O, gənc müəllimləri daha da fəal olmağa çağırdı.Görüş geniş fikir mübadiləsi şəraitində davam etdirildi. Ayrı-ayrı orta məktəbləri təmsil edən gənc müəllimlər diskussiyada fəal iştirak ediblər.

Rüstəm Sadıqzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər