53 ildir ki, valideynlərinin gələcəyi ümidi ilə yaşayır – VİDEO

1499

4 yaşında olanda valideynləri xəstəxananın qapısından içəri atıb gediblər. Və o 53 ildir ki, 1 saylı psixatriya xəstəxanasında yaşamağa məcbur olub. Uzun müddət keçməsinə baxmayaraq hələ də bir gün ana və atasının onu aparmaq üçün gələcəyi ümidi ilə yaşıyır.

Xəzər Tv xəbər verir ki, Safura Abbasova heç bir sağlıq problemi olmasa da valideynlərinin onu xəstəxananın qapısının yanında qoyaraq getdiyini deyir.

57 yaşlı Safura Abbasovanın sözlərinə görə, atası və anası hələ də yaşayır ancaq onu gəlib götürmürlər.
Öncədən vəziyyəti yaxşı olmasa da sonradan xəstəxananın baş həkimi ona elə həyətdə ev də tikdirib və bundan sonra çətinlikləri bir az azalıb. Ancaq o yenə də bu yerdən çıxıb getmək və ailəsinə qayıtmaq istəyir.

Boş vaxtlarında həyətdəki otları, ağacları suladığını bildirən kimsəsiz qadın, balaca göldəki balıqları da gözdən qoymur və vaxtaşırı onları da yemləyir. Heyvanlar olmadan darıxdığını və ən yaxın dostlarının indi onlar olduğunu vurğulayır. Onu da qeyd edək ki, xəstaxanadan verilən məlumata görə Safura Abbasovanın ciddi psixoloji problemi yoxdur və buna görə də hansısa müalicə almayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər