6 ay ərzində Sumqayıtda ümumi daxili məhsul istehsalı 1 milyard 80 milyon manat olub

1400

“Cari ilin altı ayı ərzində şəhər üzrə ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz və ya 70 milyon manat artaraq 1 milyard 80 milyon manat olub”.

Bu fikirlər 2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.

Sənaye müəssisələrində 720 milyon manatlıq məhsul istehsal edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102 faiz təşkil edir.

Qeyd olunub ki, cari ilin 6 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 150 milyon manat olub. Bu da əvvəlki dövrə nisbətən 4 faiz və ya 6 milyon manat artım deməkdir.

Ticarət dövriyyəsi 170 milyon manatdan artıq olub, əvvəlki dövrlə müqayisədə 7 faiz artıb.

Əldə olunan uğurlar, iqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 6,0 milyon manat və ya 25 faiz artaraq 30,0 milyon manat olub, xərc hissəsi isə 23,4 milyon manat proqnoza qarşı 19,2 milyon manat və ya 82,2 faiz icra edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər