Oktyabrın 7-si Rusiya Federasiyasının prezidenti Vladimir Putinin doğum günüdür. 66 yaşını haqlayan, dünyanın siyasi müstəvisində özünəməxsus və fərqli yeri olan Vladimir Putin haqqında 66 faktı təqdim edirik.
1. Doğulduğu tarix: 7 oktybar 1952-ci il
2. Doğulduğu yer: Leninqrad
3. Boyu: 170 sm
4. Çəkisi: 77 kq
5. Təhsili: ali, Leninqrad Dövlət Universiteti
6. 18 mart 2018-ci ildə keçirilən prezident seçkilərində 56 432 768 səs toplayaraq ümumi seçicilərin 51.77 faiz səsi ilə 4-cü dəfə prezident seçilib.
7. Aylıq əmək haqqı: rus rublunu ABŞ dollarına konvertasiya edəndə 12 586 ABŞ dolları
8. Xidməti avtomobili: Vladimir Putin “Mercedes-Pullman” avtomobilinə üstünlük verib. 1 milyon dollar qiyməti olan avtomobilin uzunluğu 6 metrdir. Prezidentin avtomobili təhlükəsizlik baxımından ən müasir texnologiyalarla təchiz edilib.
9. Vladimir Putin Moskva tıxaclarını nəzərə alaraq Kremlə bir çox hallarda helikopterlə uçur. Prezident helikopteri üçün Kremldə xüsusi meydança da hazırlanıb. Putinin “Mİ-8” helikopterinin ekipajı 3 nəfərdən ibarətdir. Sərnişin tutumu 28 nəfərdir. Sürəti saatda 250 kilometrdir. Qiyməti 8 milyon 200 min dollara yaxındır.
10. Prezident yerli istehsal olan “İL 96-300” markalı təyyarədə uçur. Standart versiyadan 4 metr qısa olan bu təyyarə, xüsusi mühərrik sayəsində birbaşa 14 000 km məsafə qət edə bilir. Təyyarənin salonu Belçika və rus müəssisələri tərəfindən bahalı mebellə işlənib. Təyyarə həmçinin Ali Baş Komandanın qərargahı funksiyasını yerinə yetirir. Təyyarədə yataq otağı, duş, iş kabineti, mini idman zalı və iclas zalı mövcuddur.
11. Vladimir Putin öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal verilir.
12. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır.
13. Putin hədsiz dərəcədə dondurma həvəskarıdır.
14. Prezidentin ən çox sevdiyi içki yaşıl çaydır.
15. Putinin atası Vladimir Spiridonoviç Leninqradın müdafiəsində iştirak edib, müharibədən sonra vaqon istehsal edən zavodda işləyib.
16. Anası Mariya İvanovna Şelomova da Leninqradın müdafiəsində iştirak edib, “Leninqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunub.
17. Putinin ata tərəfdən babası Spiridon Putin Ulyanovlar ailəsinin aşpazı olub. Babasının aşpaz olmasını Vladimir Putin “Vladimir Putinlə söhbət-birinci şəxsdən” kitabında da qeyd edib. Bir sıra kütləvi informasiya vasitələrində Spiridon Putinin Vladimir İliç Leninin aşpazı olduğu göstərilir. Ancaq burada bir anlaşılmazlıq var. Leninlə bağlı bütün arxiv sənədlərində qeyd olunur ki, proletariatın rəhbərinin mətbəxində yalnız qadınlar çalışıb. O cümlədən Leninin əsas aşpazı və həm də xidmətçisi Şura Vorobyova adlı qadın olub. Bu məsələ ilə bağlı tədqiqatçıların araşdırmasından məlum olub ki, Spiridon Putin Leninin ölümündən sonra Qorkidə onun ailəsində aşpaz kimi fəaliyyət göstərib. O, Leninin ailə üzvlərinin və o cümlədən Nadejda Krupskayanın yeməklərini hazırlayıb.
18. Putinin həm atası, həm də anası xərçəng xəstəliyindən vəfat ediblər.
19. Putin uşaqlıqda kəşfiyyatçı olmaq istəyib.
20. Orta təhsilini 2 məktəbdə alıb. Leninqradın 193, sonra isə 281 saylı orta məktəblərində.
21. Putin gənclik illərində “Lenfilm”də kaskadyor kimi çəkilişlərdə iştirak edib.
22. Putin ailənin üçüncü oğlu olub. Ondan əvvəl doğulan iki qardaşı uşaq yaşlarında xəstəlikdən ölüblər.
23. Putinin ilk avtomobili 1972-ci ilin istehsalı olan “Zaporojets” olub. Anası bu maşını lotoreyada udub. Pula ehtiyacları olmasına baxmayaraq maşını satmayıblar. Valideynlər avtomobili Putinə bağışlayıblar.
24. Putin məktəb illərində cəsarətli olmağı, qoçaqlığı, bəzi hallarda isə davakarlığı ilə həmyaşıdlarından seçilib. Hətta bir dəfə mübahisəyə girərək məktəbin 5-ci mərtəbədəki eyvanından bir neçə dəqiqiə sallaq vəziyyətdə qalıb.
25. Prezident gənc yaşlarına qədər 3 ailənin yerləşdiyi kommunal mənzildə yaşayıb. Özünün söylədiyi kimi, həmin mənzilin blokundakı iri siçovulları bu gün də xatırlayır.
26. Putin orta məktəbdə oxuyarkən kimya, fizika, cəbr və həndəsə fənnlərindən 3 qiyməti alıb.
27. Putin coğrafi xəritələr və üzərində görkəmli şəxslərin əksi olan poçt markalarının kolleksiyasını yığır.
28. Prezident haqqında 12 sənədli film çəkilib.
29. “Dzyu-do-nu Vladimir Putinlə öyrənək” kitabının müəllifidir.
30. Kommunist partiyasının sıralarına tələbəlik illərində daxil olub.
31. Putin Leninqradın meri Sobçakla tələbəlik illərində tanış olub. Həmin ərəfədə Sobçak Leninqrad Dövlət Universitetinin dosenti olub.
32. Sobçakla işlədiyi dövrdə siyasi fəaliyyəti ilə yanaşı, Putin moruğu rəngdə pencəyi və “Adidas” firmasına məxsus geyindiyi şalvarla da yadda qalıb.
33. Prezident 1977-ci ildə iqtisadiyyat üzrə namizədlik dissertasiyası müdafiə edib.
34. Putin 1985-1990-cı illərdə Almaniya Demokratik Respublikasında işləyib.
35. Almaniyadan qayıtdıqdan sonra gələcək prezident Leninqrad Dövlət Universitetinin pektorunun beynəlxalq məsələlər üzrə köməkçisi olub.
36. Dzyu-do və sambo üzrə idman ustasıdır.
37. Uşaqlıqdan idmanla ciddi məşğul olub.
38. Putinin anası onun dzyu-do məşqlərinə getməsinin həmişə əleyhinə olub. Oğlunu hər dəfə məşqlərə yola salanda eyni sualı təkrar edib: “Yenə də dalaşmağa gedirsən?”
39. Putin dağ-xizək idman növündə peşəkarlardan geri qalmır.
40. Prezident balıq ovunun həvəskarıdır.
41. Sevdiyi musiqi qrupu “Lyube” kollektivi.
42. Prezident Qriqori Lepsin mahnılarını həvəslə dinləyir.
43. Prezident haqqında bir neçə mahnı da bəstələnib. Onlardan ən məşhurları “Prezidentə məktub” və “Volodya Putin”dir.
44. Müəllifləri Basner və Matusovski olan “Hardan başlayır vətən” mahnısı Putinin ən çox sevdiyi mahnıdır. Prezident arabir piano arxasına keçərək bu mahnını özü də ifa edir.
45. Putinə 13 dəfə sui-qəsdə cəhd olunub.
46. Putin qol saatını sağ qoluna taxır.
47. Keçmiş həyat yoldaşının söylədiyinə görə, Putinin kiminləsə təyin etdiyi görüş vaxtına həmişə gecikmək problemi var. O görüşə 15-20 dəqiqə yox, bir saat, saat yarım gecikir. (Yəqin ki, söhbət dövlət başçıları ilə görüşdən getmir).
48. 2007-ci ildə “Time” jurnalı Putini ilin adamı elan edib.
49. 2013-və 2014 cü illərdə Vladimir Putin “Forbes”in ənən’vi reytinq cədvəlində birinci yerdə olub.
50. 1 yanvar 2000-ci ildə Putin Çeçenstana səfər edərkən vertolyotu güllə atəşinə tutulub.
51. Putinin prezident statusunda ilk səfəri Belarusa olub.
52. Prezident kimi ən çox səfər etdiyi ölkə Qazaxstandır – 24 dəfə.
53. Putin bütün fəaliyyəti dövründə yeni vəzifələrə təyin olunarkən yeni kabinetində heç vaxt yerdəyişmə etməyib. Hətta kabinet mebellərini belə dəyişməyib.
54. 28 iyul 1983-cü ildə Vladimir Putin Lyudmila Şkrebneva ilə rəsmi nikaha girib.
55. Putinin keçmiş həyat yoldaşı Lyudmila Putina ailə quran ərəfədə stüardessa işləyib.
56. Putinin ən cox sevdiyi filmlərdən biri “Baharın 17 anı”dır.
57. Putin alman dilində mükəmməl, ingilis dilində sərbəst danışır.
58. Putin dərman preparatlarına qarşı çox da meylli deyil. Adi xəstəliklər zamanı o, xalq təbabətinə daha çox üstünlük verir.
59. Putinin yaşam devizi sağlam həyat tərzidir.
60. Pusiya prezidenti tütün məmulatlarından istifadə etmir.
61. Rusiya prezidentinin şəxsi mini zooparkı var.
62. Rusiya prezidentinin iki qızı var. Putin onların həyatı haqqında heç vaxt danışmır.
63. Prezidentin rekordlarından biri 2013-cü ilin aprel ayında “Vladimir Putinlə birbaşa əlaqə”nin 4 saat 47 dəqiqə davam etməsidir.
64. Rusiyada prezidentin adını daşıyan 3 küçə var, İnquşetiyada, Qroznıda və Moskva vilayətində.
65. Prezidentin həyat yoldaşı ilə nikahının pozulması 2013-cü ildə rəsmiləşdirilib.
66. Vladimir Putin vaxtının əsas hissəsini siyasətə və işinə həsr edir.
İlham Cəmiloğlu, Musavat.com