Gəlin yaşlı qayınanasını döyərək amansızlıqla qətlə yetirib.
Xəzər TV xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.
70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb və dərhal qonşuları köməyə çağırıb.
Qonşular gəldikdə qadının öldüyü məlub olub və onlar ərazi üzrə 34-cü polis bölməsinə xəbər veriblər.
Əməliyyatçılar çox çəkməyib ki, şübhəli şəxs qismində evin gəlinini saxlayıblar.
Hadisə yerinə gətirilən Mədinə Şıxabdulova cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini deyib.
Faktla bağlı Mədinə Şıxabdulova barəsində Xətai rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.