75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK

9177

Bu gün Sumqayıt üçün əlamətdar bir gündür – şəhərin yaranmasının 75-ci ildönümü qeyd olunur. 1949-cu ildə şəhər statusu alan Sumqayıt ötən dövrdə mühüm inkişaf yolu keçərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilib. Sumqayıt iri sənaye mərkəzi kimi Azərbaycanın iqtisadiyyatında aparıcı yer tutur. Xüsusilə son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Sumqayıt şəhərində çox böyük layihələr reallaşdırıllb, şəhərin inkişafı ilə bağlı önəmli işlər görülüb.

Bu layihələr arasında sənaye parklarının yaradılması, ətraf mühitin qorunması, şəhərin infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi, təhsil və sağlamlıq xidmətlərinin yaxşılaşdırılması kimi mühüm addımlar yer alır. Bu işlər, şəhərin həm iqtisadi, həm də sosial cəhətdən inkişafını təmin edib, Sumqayıtı yaşamaq və işləmək üçün daha cəlbedici bir məkan halına gətirib. 

Son 10 il ərzində baş verən bütün yeniliklər Prezident İlham Əliyevin 2015-ci ildə şəhərə yeni rəhbər təyin etməsi ilə başladı.  Sumqayıtı və sumqayıtlıları sevən Zakir Fərəcovun şəhərə rəhbər təyin olunması son 10 ilin başlanğıcındakı ən mühüm yeniliklərdən oldu. Zakir Fərəcovun təyinatı Sumqayıt şəhəri üçün yeni bir başlanğıc oldu. Prezident İlham Əliyevin Zakir Fərəcova olan inamı və dəstəyi, şəhərin inkişafı üçün yeni imkanlar açdı. Fərəcovun liderliyi altında Sumqayıt şəhərində bir çox əhəmiyyətli layihələr həyata keçirildi. Bu layihələr şəhərin sosial və iqtisadi inkişafına müsbət təsir göstərdi və sakinlərin həyat keyfiyyətini yaxşılaşdırdı.

Bu təyinatdan bir il sonra, 27 sentyabr 2016-cı ildə  Sumqayıt şəhərində həyata keçirilən layihələrlə tanış olan Prezident İlham Əliyev şəhər ictimaiyyəti ilə görüşərkən görülən işləri yüksək qiymətləndirərək qeyd etdi ki, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər.

Ötən dövr ərzində reallaşdırılan hər bir layihə, hər bir addım, hər bir abadlıq işi bu şəhərin gözəllik və əzəmətinin yenidən yazılan hekayəsinin bir hissəsidir. Bu məqalədə Sumqayıtın keçdiyi inkişaf yoluna nəzər salacaq və son on ildə reallaşdırılan 75 yeniliyi sizinlə bölüşəcəyik. Bu hekayə təkcə Sumqayıtın deyil, həm də burada yaşayan insanların zəhmətinin və sevgisinin tarixçəsidir.

1. SUMQAYITIN 75 İLLİK TARİXİNDƏ GERÇƏKLƏŞƏN MÖCÜZƏ – SUMQAYIT BULVARI

Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir.  Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın”.

Bu fikirləri Prezident İlham Əliyev 27 sentyabr 2016-cı il tarixdə Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirmişdi. Bəli, bu fikirlərdən də göründüyü kimi, Sumqayıtda bulvarın olması şəhər sakinləri ilə yanaşı, ölkə rəhbərliyinin də arzusu olmuşdur. Bir faktı da qeyd edək ki, hələ 1974-cü ildə Sumqayıt şəhərinin 25 illik yubileyi tədbirində Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı Sumqayıtda dənizkənarı bulvarın yaradılması arzusunu səsləndirmişdi…

Beləliklə, Sumqayıtla bağlı Ulu Öndərin ən böyük arzularından biri son 10 ildə həyata keçirildi.

2. SUMQAYIT BULVARI GENİŞLƏNDİRİLDİ

2016-cı ildə istifadəyə verilən Sumqayıt Bulvarı 2019-cu ildə daha da genişləndirildi. Belə ki, Sumqayıt Bulvarı şəhərin şimal-qərb istiqamətində 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə genişləndirildi. Bulvarın uzunluğu 5,2 kilometrə, ərazisi isə təqribən 146 hektara çatdırıldı. Ərazidə geniş miqyasda yaşıllıq sahəsi salındı, müasir işıqlandırma sistemi quruldu. Park boyu 1 kilometr uzunluğunda yeni yol inşa oldunu. Kompleksin yeni salınan hissəsində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradıldı. Prezidenti İlham Əliyev şəhərin 70 illik yubileyi günü – noyabrın 21-də Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış oldu.

3. GƏMİLƏRİN YAN ALMASI ÜÇÜN TƏRSANƏ TİKİLDİ

Bulvarın sahilində gəmilərin yanalması üçün uzunluğu 500 metr olan körpü inşa edildi. Burada 10 metr hündürlüyündə estakada salınıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb.

4. ŞƏHƏRİN ƏSAS PARKI DAHA DA GENİŞLƏNDİRİLDİ

Şəhərin mərkəzində mövcud əsas parklardan biri – Heydər Əliyev parkı tamamilə yenidən quruldu.  Parkın ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib. Burada 200-dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırıldı, 5 mindən çox ağac, dekorativ kol əkildi, 20 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salındı, 30 min kvadratmetr daş döşəndi. Parkda həmçinin rəngli fontan kompleksi və Bayraq meydanı tikildi.

5. SUMQAYIT PARKLAR ŞƏHƏRİNƏ ÇEVRİLDİ

Sumqayıt şəhərində mövcud bütün parklar əsaslı təmir olundu. İnsanların rahat istirahəti üçün şərait daha da yaxşılaşdırıldı. Prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu.

Əlbəttə ki, bu sahədə görülən işlər sakinlərin rahatlığı, asudə vaxtlarının daha da səmərəli təşkili məqsədi daşımaqla yanaşı, müasirləşən Sumqayıtın gözəlliyinə əlavə çalarlar qatır. Yeni parkların, istirahət məkanlarının və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

6. SUMQAYIT ŞƏHƏRİNDƏ MÜASİR HEYDƏR ƏLİYEV MƏRKƏZİ İNŞA OLUNDU

Sumqayıt şəhərində çoxfunksiyalı və işlək bir mərkəzə ehtiyac duyulurdu. Müasir və çoxfunksiyalı Heydər Əliyev Mərkəzin tikintisinə başlanıldı və qısa müddətdə şəhər sakinlərinin ixtiyarına verildi. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 5 min kvadratmetrdir. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Mərkəzdə kompyuter və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar var. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, xalçaçılıq dərnəyi, 40 nəfərlik iclas zalı, smart sinif, rəsm və foto studiyaları, elektron kitabxana, kompyuter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərir. Heydər Əliyev mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir.

7. MÜASİR UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİ YARADILDI

Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi məktəblərinin əksəriyyəti binaların birinci mərtəbəsində, baxımsız və keyfiyyətli tədris üçün yararsız vəziyyətdə idi. Müasir şəhər üçün müasir incəsənət məktəbinin olması sözsüz ki, lazım idi. Qarşıya qoyulmuş bu hədəfə də qısa müddətdə nail olundu. Şəhərdə üçmərtəbəli binadan ibarət Uşaq İncəsənət Məktəbi tikilərək şəhər sakinlərinin ixtiyarına verildi. 80 otaqdan ibarət məktəb yeni avadanlıqla təmin olundu. Hazırda Uşaq İncəsənət Məktəbində 200-dən çox müəllim tədrislə məşğul olur. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alır.

8. ŞAHMATÇILAR ŞƏHƏRİ ÜÇÜN MÜASİR ŞAHMAT MƏKTƏBİ

Digər idman növərində olduğu kimi Sumqayıt şahmat sahəsində də uğurları ilə seçilir. Sumqayıt şahmat məktəbinin yetirmələri bu gün dünya miqyasında uğurları ilə tanınır, seçilir. Belə olan halda şəhərin şahmat məktəbinin baxımsız və yararsız bir məkanda yerləşməsi heç də yaxşı hal deyildi. Bu sahədə də yeniliyə, yeni və müasir şahmat məktəbinə ehtiyac duyulurdu. Qısa müddət ərzində şəhərin Heydər Əliyev Parkı ərazisində ikimərtəbəli Şahmat Məktəbi tikilərək istifadəyə verildi. Məktəb müasir avadanlıqla təmin olundu. Hazırda burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir.

9. MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN MƏDƏNİYYƏT SARAYI YARADILDI

“Kimyaçı” Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. Uzun müddət istismar olunmuş mədəniyyət mərkəzdə təmirə ehtiyac duyulurdu. Prezident İlham Əliyevin tapşırığı ilə “Kimyaçı” Mədəniyyət Sarayı qısa müddətdə təmir olundu. Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirildi. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə quruldi. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradıldı. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiya

10. 50-Cİ İLLƏRDƏ TİKİLMİŞ SUMQAYIT TEATRININ BİNASI MÜASİRLƏŞDİ

Sumqayıt teatrının binası 50-ci illərdə  istifadəyə verilmişdi. Uzun müddət təmirsiz qalan Teatr binasında keyfiyyətli tamaşalar göstərmək üçün əlverişli şərait yox idi.  Şəhərdə həyata keçirilən önəmli layihələrdən biri də teatrın binasının müasir üslubda təmir olunması oldu. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən quruldu. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olundu. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırıldı.

Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib.

Binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verdi.

11. BAYRAQ MUZEYİ YARADILDI

2017-ci ilin fevralında Sumqayıt Bulvarı ərazisində Bayraq Muzeyinin inşasına başlanıldı və sentyabr ayında tikinti işləri başa çatdı. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.

Bayraq Muzeyinin Sumqayıt Bulvarında inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buradakı eksponatlarla tanış olmalarına imkan yaradır.

12. MÖHTƏŞƏM MUĞAM MƏRKƏZİ YARADILDI

Sumqayıt şəhərində son 8 ildə yadda qalan hadisələrdən biri də Sumqayıtda Muğam Mərkəzinin tikilərək istifadəyə verilməsi oldu. Sumqayıtın 70 illik yubileyi günündə – 2019-cu il noyabrın 21-də Prezident İlham Əliyev Mərkəzin açılışında iştirak etdi.

Muğam Mərkəzi Sumqayıt bulvarında yerləşir və ikimərtəbəlidir. Burada konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb. Sinif otaqlarının hamısı zəruri avadanlıqla təchiz edilib. Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var. Sinif otaqlarında isə muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

13. NƏHAYƏT, SUMQAYITDA DA KINOTEATR OLDU

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gənclərlə görüş zamanı Sumqayıt şəhərində müasir kinoteatrın olmasının vacibliyini vurğulamışdı. Qısa müddət ərzində şəhərdə müasir tələblərə cavab verən kinoteatrın istifadəyə verilməsi zəruriliyi vurğulanmışdı.

Bir zamanlar yüzlərlə tamaşaçının gəldiyi kinoteatr müasir tələblərə cavab vermirdi. 1960-cı illərdə inşa olunan “Nizami” kinoteatrının binasında heç bir təmir işləri aparılmamışdı.

“Nizami” kinoteatrının köhnə binası sökülərək yerində müasir tələblərə cavab verən kinoteatr tikildi. Nəriman Nərimanov küçəsində yerləşən binanın ərazisi abadlaşdırıldı, ətrafda istirahət parkı salındı. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqları olan kinoteatr 2019-cu il  noyabrın 21-də istifadəyə verildi. “Nizami” kinoteatrının yeni binasının açılışında Prezident İlham Əliyev iştirak etdi.

Qeyd edək ki, müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan “Nizami” kinoteatrının yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisə oldu.

14. MƏKTƏB TİKİNTİSINƏ BAŞLANILDI

Son zamanlar Sumqayıt şəhərində təhsil infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Şəhər qurulanda istifadəyə verilən 1 saylı orta məktəb sökülərək yenidən quruldu və 2021-ci ildə istifadəyə verildi.

Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq şəhərin İnşaatçılar qəsəbəsində 9 saylı tam orta məktəb üçün də yeni bir bina tikildi. Sumqayıtın təhsil imkanlarını daha da genişləndirən bir başqa yenilik isə 20 saylı tam orta məktəbin inşası oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə 4-cü mikrorayon ərazisində inşa edilən üç mərtəbəli bu bina, 1100 şagirdi təhsil ala biləcək imkanlarla təmin edir.

15. 200-DƏN ÇOX MÜASİR AVTOBUS ŞƏHƏR SAKİNLƏRİNIN XİDMƏTİNƏ VERİLDİ

Əhalisinin sayı yarım milyonu haqlayan şəhər üçün vacib olan məsələlərdən biri də müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunması idi.

Ötən dövr ərzində Sumqayıtda 200-dən çox Türkiyə istehsallı olan, müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxıldı.

Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarıldı.

16. SÜRƏTLƏ İNKİŞAF EDƏN SUMQAYIT ÜÇÜN SÜRƏT QATARI 

Ötən dövr ərzində Sumqayıtlıların yaddaşına həkk olunan əsas əlamətdar hadisələrdən biri də Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi oldu.

Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimi oldu. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürət qatarının istifadəyə verilməsi şəhər sakinlərinin işini xeyli asanlaşdırdı. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülərək yerində müasir tələblərə cavab verən Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksi tikildi. Prezidenti İlham Əliyev 16 noyabr 2018-ci il tarixində Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak etdi. Beləliklə, şəhər sakinlərinin daha bir arzusu gerçəkləşdi…

17. SUMQAYIT MÜASIR SƏNAYE MƏRKƏZİNƏ ÇEVRİLDİ

İqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illər Sumqayıt şəhərində yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac potensialı yüksəlib.

Əminliklə deyə bilərik ki, bu gün Sumqayıt nəinki Azərbaycanın, bütün Qafqazın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret ifadə etsək, artıq Sumqayıtda onlarla sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.

Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir.

18. SUMQAYITDA MÜASİR “ASAN XİDMƏT” MƏRKƏZİ İSTİFADƏYƏ VERİLDİ

2022-ci il iyulun 20-də Sumqayıt Bulvarı ərazisində inşa olunan 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verildi. Dövlətimizin başçısı Mərkəzin açılışını etdi.

2 saylı Sumqayıt regional Mərkəzi üçün dördmərtəbəli inzibati bina, fəvvarə, iki yerüstü avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançaları yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.

Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstərir. Eyni zamanda, Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edir. Bu Mərkəzdə dövlət orqanlarının fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə 200-ə yaxın əməkdaş və 45 könüllü çalışır.

Mərkəzdə 220 video müşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və yanğın söndürmə sistemləri və 2 lift quraşdırılıb.

 19. SUMQAYITDA MÖHTƏŞƏM STADİON İNŞA EDİLDİ

Ötən əsrin 60-cı illərində istifadəyə verilmiş və iki-üç min azarkeş üçün hesablanan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu müasir tələblərə cavab vermirdi və azarkeşlərin çoxu yarışları yer darısqallığından canlı izləyə bilmirdi. Dörd tərəfi açıq olan stadion əhəmiyyətli futbol yarışlarını keçirən məkana da qətiyyən bənzəmirdi. Bir sözlə, yeni stadionun tikintisinə ehtiyac vardı. Bunu nəzərə alaraq Prezidentin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə vəsait ayrıldı.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli sərəncamına əsasən, 2020-ci ildə başlanıldı. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırıldı.  Yenidənqurmadan sonra stadionda tamaşaçı tutumu 9502 nəfərə çatdırılıb. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.  23 oktyabr 2023-cü il tarixdə Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu.

20.  SUMQAYIT İDMANÇILARI ÜÇÜN YENİ İMKANLAR

Son illərdə Sumqayıtda idman infrastrukturu sahəsində böyük dəyişikliklər baş verib. Xüsusilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun binasında yeni istifadəyə verilən cüdo, boks və karate zalları bu sahədə mühüm bir yenilikdir. Müasir standartlara uyğun olaraq qurulan bu idman zalları, həm peşəkar idmançıların, həm də yeni başlayanların məşq etməsi üçün geniş imkanlar təqdim edir. Yüksək keyfiyyətli avadanlıqlar və komfortlu şəraitlə təmin olunan bu məkanlar Sumqayıtda idmanın inkişafı üçün mühüm rol oynayacaq.

21. SUMQAYITDA MÜASİR MƏHKƏMƏ KOMPLEKSİ YARADILDI

Sumqayıt şəhərində son illər istifadəyə verilən məkanlardan biri də Sumqayıt Məhkəmə Kompleksidir. Müasir formada inşa edilən Kompleksin 03 sentyabr 2021-ci tarixdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu.

Kompleks Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunub. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. “Bir qapı” prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

22. YAP SUMQAYIT ŞƏHƏR TƏŞKİLATI ÜÇÜN MÜASİR MƏKAN

Son illərdə Sumqayıt şəhərində çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilib. Bu sırada inzibati binalar da xüsusi əhəmiyyət kəsb edir. 8 ildə açılışı olan məkanlardan biri də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binası oldu. 2017-ci ildə inşa olunan müasir inzibati bina 15 dekabr 2017-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən istifadəyə verildi.

Sumqayıt şəhərinin ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində bundan sonra da səylərini əsirgəməyəcək.

23.REGİONLARDA İLK DƏFƏ OLARAQ SUMQAYITDA GÜZƏŞTLİ MƏNZİL LAYİHƏSİ HƏYATA KEÇİRİLDİ

Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Sumqayıt şəhərində də bu istiqamətdə çox mühüm layihələr reallaşdırılır.

Artıq bir neçə müddətdir ki, Sumqayıt şəhərində güzəştli mənzil layihəsinin icrasına başlanılıb. Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi məhz Sumqayıt şəhərindədir. Prezident İlham Əliyev 2021-ci il sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlini qoydu. Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Mənzillər, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektriklə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.

Hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə nə dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür.

24. ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ GƏLƏN YOLLAR AÇILDI

Bəli, sözün həqiqi mənasında Sumqayıt şəhər İcra Hakimiyyətinə gələn yollar açıldı. Uzun müddət bağlı olan Azərbaycan prospekti, şəhər İcra Hakimiyyətinin qarşısından keçən yol şəhər sakinlərinin üzünə açıldı. Bu hadisə şəhər sakinlərinin rahatlığı ilə yanaşı eyni zamanda, həm də Şəhər administrasiyasının, yeni rəhbərliyin şəhər sakinlərinə bir mesajı idi. Şəhər sakinləri üçün açıqlıq, əlçatanlılıq mesajı…

25. SOVET DÖVRÜNDƏN BƏRİ ASFALT ÜZÜ GÖRMƏYƏN YOLLAR ASFALTLANDI

Hər bir xalqın mədəniyyəti, inkişafı yoldan başlayır. Bu ifadədə böyük bir həqiqət var. Sumqayıt şəhərində müstəqillik illərindən bəri həllini gözləyən əsas problemlərdən biri də yol infrastrukturunun yenilənməsi idi. Uzun müddət asfalt üzü görməyən yolların qısa müddət ərzində bərpası və yenidən qurulması qarşıya qoyulmuş əsas hədəflərdən idi.

Yalnız mərkəzi küçələr deyil, məhəllədaxili yolların, ətraf qəsəbələrdəki mövcud yol infrastrukturunun bərpası həllini gözləyən tədbirlər planına daxil olundu. Ötən dörd il ərzində 50-dən çox prospekt və küçədə, bir o qədər də məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlanma işləri aparıldı. Son 10 il Sumqayıt şəhərində mövcud yolların təmir olunması ilə yanaşı yeni yolların salınması ilə də yadda qaldı.  Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salındı. Sumqayıt şəhərində ümumilikdə 100 yaxın prospekt və küçədə asfalt örtüyü yeniləndi.

26. ŞƏHƏRİN ƏSAS GİRİŞ QAPISI YENİDƏN QURULDU

Şəhər qurularkən ilk salınan yollardan biri məhz şəhərin giriş yolu idi. O zaman salınan bu yol sözsüz ki, bu günkü Sumqayıt üçün hesablanmamışdı. Həm əhalinin sayı, həm də yeni əsr, yeni müasir tələblər şəhərin əsas giriş yolunun yenidən qurulmasını zəruri edirdi. İki istiqamətli dar yol həm şəhər sakinlərinin rahatlığı, həm də təhlükəsizliyi üçün bir problemə çevrilmişdi. Yol infrastrukturunun yenilənməsinə məhz bu yoldan, şəhərin əsas giriş qapısından başlanıldı.

5,2 kilometrlik yol qısa müddətdə yenidən quruldu. Yenidənqurmadan əvvəl burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər salındı, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkildi. Yol boyunca yaşıllıqlar salındı, ağac və gül kolları əkildi.  Yeni işıqlandırma sistemi quruldu, Prospekt boyunca dekorativ istinad divarları tikildi. Eni 14 metr olan prospektin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırıldı. Sülh prospektinin əsaslı təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır.

27. 40 İL ÖNCƏ SALINAN YOL YENİLƏNDİ

Şəhərin ikinci qapısı sayılan Sahil küçəsi 1980-ci illərin əvvəllərində salınıb. Bu yolun uzun müddət istismar olunması və yararsız vəziyyətə düşməsi, bu istiqamətdə nəqliyyat axınını azaltmışdı. Bu isə öz növbəsində şəhərin əsas giriş yolunda nəqliyyat sıxlığına, həm də şəhər sakinlərinin daha çox yol qət etməsinə səbəb olurdu. Şəhərə giriş-çıxışın asanlaşdırılması,sakinlərin rahatlığı üçün bu yolun bərpası, yenidən qurulması həllini gözləyən əsas problemlərdən biri idi. Burada da yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda həyata keçirildi. 7,5 kilometr uzunluğu olan yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırıldı. Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salındı. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikildi. Beləliklə sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin etdi.

28. “LİFT DƏRDİ”NƏ SON QOYULDU

Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının sakinlərini ən çox narahat edən problemlərdən biri də liftlərin yenilənməsi ilə bağlı idi. Sovet dövründən yenilənməyən liftlər əhalini haqlı narazılığına, narahatlığına səbəb olurdu. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı yeniləndi. Lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz olundu.

29. “SULU ZİRZƏMİ” PROBLEMİ HƏLL OLUNDU

İnsanları narahat edən əsas məsələlərdən biri də yaşayış binalarının zirzəmisindəki mövcud vəziyyət idi. Şəhərin mənzil fonduna daxil olan yüksək mərtəbəli yaşayış binalarının əksəriyyətinin zirzəmisi su ilə dolu idi. Bu isə bir çox fəsadlarla nəticələnir, şəhər sakinlərinin haqlı narahatlığına səbəb olurdu. Ötən dövr ərzində mərhələli şəkildə həllini tapan əsas problemlərdən biri də məhz ”Sulu zirzəmi” probleminə son qoyulması oldu.

30. 1200 BİNANIN DAM ÖRTÜYÜ YENİDƏN QURULDU

Ötən dövr ərzində Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində şəhərdə həllini tapan əsas sosial problemlərdən biri də dam örtüklərinin vurulması və yenilənməsi ilə bağlı oldu. Son 8 ildə şəhərin mənzil fonduna aid olan 1200-dən arıq çoxmənzilli yaşayış binasının dam örtüyü vuruldu. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Beləliklə, şəhər sakinlərinin mütləq əksəriyyətini bir başa narahat edən daha bir əsas problem öz həlini tapmış oldu.

31. YAŞAYIŞ BİNALARI YENİ VƏ MÜASİR GÖRKƏM ALDI

Sumqayıt şəhərində başlanılan kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil etdi. Yaşayış binalarının fasadının əsaslı təmiri, şəhərlə yaxışıd olanbinaların müasir qaydada üzlənməsi işlərinə başlanıldı. Təmir olunan binaların memarlıq görünüşü saxlanıldı, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yeniləndi. Təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, dizayn və naxışlarına toxunulmadı.

32. ŞƏHƏR ƏRAZİSİNDƏN 4-CÜ ÇIXIŞ YOLUN İŞLƏK VƏZİYYƏTİ TƏMİN OLUNDU

Sumqayıtda metallurq Yəhya Məmmədov küçəsi şəhərin alternativ yolu və sənaye girişi kimi tanınır. Yolun hədsiz bərbad halda olması, yük maşınlarının yaratdığı fəsadlar, səliqəsizlik, natəmizlik, üstəlik işıqlandırılmaması daim buradan hərəkət edənlərin haqlı narazılığına səbəb olurdu.

Qısa müddət ərzində Yəhya Məmmədov küçəsi tam yenidən quruldu. Uzunluğu 3,5 kilometr olan 4 zolaqlı küçə artıq istifadəyə verilib.

Y.Məmmədov küçəsi yenicə təmir olunan 6 kilometrlik “Kimyaçılar” küçəsinə birləşərək Bakı-Quba avtomagistralına çıxır. Bununla da, şəhər ərazisindən 4-cü çıxış yolun işlək vəziyyəti təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, insanların təhlükəsiz hərəkəti üçün piyada zolaqları salınıb.

33. BİNALARIN GİRİŞLƏRİNİN DƏ TƏMİRİNƏ BAŞLANILDI

Digər sahələrdə olduğu kimi kimi, şəhər təsərrüfatının da günün tələblərinə uyğun səviyyədə inkişafı istiqamətində mühüm işlər görüldü. Dövlətin qayğısı, şəhər rəhbərliyinin təşkilatçılığı və qətiyyəti sayəsində abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar təmizlik və yenidənqurma işləri böyük əzmkarlıqla həyata keçirilir. Çoxmənzilli yaşayış binalarında damörtüyünün vurulması, liftlərin yenilənməsi, zirzəmilərin təmizlənməsi ilə yanaşı, binaların girişlərində təmir işlərinə başlanıldı.

Girişlərdə pilləkən qəfəslərin təmirinə, pəncərələrin şüşələnməsinə, girişlərə dəmir qapıların qoyulmasına başlanıldı. Şəhər rəhbərinin bu təşəbbüsü hazırda uğurla həyata keçirilir, mərhələli şəkildə bu işlər davam etdirilir.

34. YATAQXANALARIN SÖKÜLMƏSİNƏ START VERİLDİ

Sumqayıt Şəhərində Mənzil fondunun balansında 61 yataqxana var. Bu yataqxanaların əksəriyyəti istismar müddətini başa vurub. Ötən dövr ərzində bu istiqamətdə mühüm addımlar atıldı. Bir çox yataqxanalarda təmir işləri aparıldı, eyni zamanda yataqxanaların sökülməsinə start verildi. Təkcə 2023-cü ildə 3 yataqxananın – şəhərin 29 cu məhəlləsində 1974 cu ildən istismara verilmiş 1 saylı, Kimyaçılar yaşayış massivində 1974-cü ildən istismara verilmiş 3 saylı və 2-ci mikrorayonda 1960 cı ildən istismara verilmiş 13 saylı yataqxananın sökülməsinə başlanıldı. Bu binalarda yaşayan 272 ailə ailə tərkibinə uyğun olaraq evlə təmin olundu və yaxud kompensasiya ödənildi.

Qəzalı vəziyyətdə olan yataqxanalar aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəy əsasında yaxın gələcəkdə mərhələli şəkildə söküləcək.

35. SDU-NUN TƏLƏBƏ YATAQXANASI BƏRPA OLUNDU

Sumqayıt Dövlət Universitetinin hər iki yataqxanasında 1992-ci ildən etibarən məcburi köçkün ailələri məskunlaşmışdı. Tələbə yataqxanasının olmaması həm yerli tələbələr üçün, həm də xarici tələbələrin qəbuluna və tələbə mübadiləsi proqramlarının icrasına çətinliklər yaradırdı. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlər çərçivəsində Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə salındı və universitetin 1 saylı tələbə yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edildi.Tam yararsız vəziyyətə düşmüş həmin yataqxana müasir standartlara uyğun layihələndirildi və tələbələrin rahatlığını təmin etmək məqsədi ilə hər cür şərait yaradıldı.

Artıq burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi quraşdırılıb, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz edilib.

36. BULVAR ƏRAZİSİNDƏ YENİ YAŞAYIŞ MASSİVİ SALINDI

Vaxı ilə Sumqayıtın dənizkənarı ərazisi baxımsız vəziyyətdə idi. 2015-ci ildən burada kompleks tədbirlər görüldü, müasir Bulvar salındı. Ərazidə zəruri infrastruktur yaradıldı. Müasir infrastrukturun yaradılması bu ərazidə yeni yaşayış massvinin salınmasını şərtləndirdi. Son 8 il ərzində bu ərazidə böyük yaşayış massivi salındı.

37. SƏKİLƏRİN TƏMİR OLUNMASINA BAŞLANILDI

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhər ərazisində kompleks abadlıq-quruculuq işləri həyata keçirildi. Şəhər ərazisində həyata keçirilən kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də səkilərin salınması təşkil etdi.

Şəhər ərazisində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud səkilər təmir olundu və yeni səkilər salındı.  Bu işlər hazırda da davam etdirilir.

38. SUMQAYITIN ƏRAZİSİ GENİŞLƏNDİRİLDİ

Sumqayıtın daha da genişlənməsi, əhali sayının artması, burada bir sıra dövlət proqramlarının, layihələrinin həyata keçirilməsi bunu zərurətə çevirirdi. Sumqayıt Azərbaycanın ən inkişaf edən şəhərlərindən biridir, burada bir çox beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilir, layihələr icra olunur, müəyyən iri müəssisələr, şirkətlər fəaliyyətə başlayıb.

Belə olan halda Sumqayıtın ərazisinin genişlənməsinə, əlavə torpaqların verilməsinə ehtiyac var idi.  “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi  Milli Məclisdə müzakirə çıxarıldı və Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.

Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahəsi Sumqayıta verildi.

Layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verildi.

39. QƏSƏBƏLƏRDƏ DƏ MÜHÜM İŞLƏR GÖRÜLDÜ

Sumqayıt şəhərinin inkişafı yalnız mərkəzi hissələri deyil, həm də kənar qəsəbələri əhatə etdi.

Hacı Zeynalabdin və Corat qəsəbələində genişmiqyaslı işlər görüldü. Buradakı mövcud parklar yenidən quruldu, insanların istirahəti üçün şərait yaradıldı. Bu qəsəbələrdə infrastrukturun gücləndirilməsi də diqqətdən kənarda qalmadı. Yolların təmiri və genişləndirilməsi, su və elektrik şəbəkələrinin yenilənməsi kimi əsas infrastruktur layihələrinin icrasına başlanıldı. Hacı Zeynalabdin və Corat qəsəbələrindəki bu yeniliklər Sumqayıt şəhərinin yalnız mərkəzi hissələrinin deyil, həm də kənar ərazilərinin inkişaf etdirilməsinə yönəlmiş siyasətin olduğunu göstərdi.

40. İSİTSMAR MÜDDƏTİNİ BAŞA VURMUŞ BİNALARIN SÖKÜLMƏSİNƏ BAŞLANILDI

Sumqayıt şəhərinin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binalarının sökülərək, yerində müasir tələblərə uyğun yeni yaşayış binalarının tikilməsinə start verildi.

Şəhərin Baş planına uyğun olaraq ötən əsrin 50-ci illərində salınan məhəllələrdə əhalinin yaşayış şəraitini və şəhər görkəmini yaxşılaşdırmaq məqsədilə müasir tələblərə cavab verən yeni məhəllələrin yaradılmasına başlanıldı.

Bu layihə həm də şəhər infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.

41. “AĞILLI ŞƏHƏR” (SMART CITY) VİZYONUNA DOĞRU ADDIMLAR ATILDI

Azərbaycanda ilk dəfə bu xidmətə Sumqayıtda başlanıldı – Sumqayıt daha bir ilkə imza atdı

Son illər ərzində Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər sayəsində şəhərdə istismarı başa çatmış liftlər yeni elektron tipli liftlərlə əvəz olundu. Şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinin fonunda sakinlərə göstərilən lift xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulurdu. Qafqaz regionunda ilk dəfə olaraq istismarda olan liftlərin istismar işlərinin mərkəzləşdirilmiş dispetçer xidməti (MDX) vasitəsi ilə idarə edilməsi işlərinə onlayn rejimdə start verildi.

Bu sistem sadəcə liftlə bağlı problemləri müəyyənləşdirmir, həm də bu problemlərin səbəbini müəyyənləşdirir, onların təhlilini aparır və həlli yollarını göstərir. Sözügedən sistem vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyə, onların təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə əsas verir.

Sözsüz ki, bu bir başlanğıcır. Sumqayıt şəhərində gələcəkdə digər sahələrdə də “Ağıllı şəhər” layihələrinə qoşulacaq. Hələ ki, gələcəyin qaçılmaz çağrışlarına məhz insanların gündəlik istifadə etdiyi liftlərdən başlanılıb. Digər sahələrdə də bu ayihələr uğurla icra olunacaq.

42. “AĞCAQANADSIZ ŞƏHƏR” LAYİHƏSİNƏ BAŞLANILDI

Elə problemlər var ki, bəlkə də insanlar üçün sadə, o qədər də böyük görünməyə bilər. Lakin bu kiçik problem əslində bir çox böyük problemlərlə üz-üzə qoyur insanları. Ağcaqanadlar kimi. Zirzəmilərin baxımsız vəziyyətdə olması, müəyyən münbit şəraitlərin mövcudluğu şəhərdə ağcaqanad problemini kütləviləşdirmişdi. Xüsusilə havanın temperaturu yüksəldikcə ziyanverici həşəratların və gəmiricilərin sürətlə çoxalması baş verir. Bu çoxalmaya xüsusilə çoxmənzilli binaların zirzəmilərində, parklarda, həmçinin iaşə obyektlərində rast gəlinir. Bu isə şəhər sakinlərinin rahatsızlığına, natəmizliyə, eyni zamanda bir sıra xəstəliklərin yaranması səbəb olurdu. Hətta bəzi mikrorayonlarda bu problemin mövcudluğu əmlak bazarına da təsirsiz ötüşməmişdi. Sözsüz ki, müasirləşməyi, yeniləşməyi qarşıya hədəf qoyulmuş bir şəhər üçün bu halın mövcudluğu yol verilməz idi. Sumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işlərinə başlanıldı. Bu işlər hazırda da mütəmadi olaraq davam etdirilir.

43. SUMQAYIT YAŞIL ŞƏHƏRƏ ÇEVRİLDİ

Prezident İlham Əliyev Sumqayıtın ekoloji vəziyyətini hər zaman diqqət mərkəzində saxlayıb.Son illərdə də şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması ölkə rəhbərliyinin diqqətindən yayınmayıb.Şəhər ictimaiyyəti ilə görüş zamanı bu məsələyə də diqqət çəkən Prezident İlham Əliyev bildirmişdi: “Əsas məsələ ondan ibarətdir ki, ekoloji məsələlərə çox böyük diqqət göstərilir. Sumqayıt sovet vaxtında həmişə ekoloji problemlərlə dolu bir şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Müəyyən həqiqət var idi. Siz sumqayıtlılar bunu yaxşı bilirsiniz. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir. Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır”.

Son illərdə şəhərdə nəinki ağacların kəsilməsinə rast gəlinir, əksinə yüz minlərlə ağaclar əklib, geniş yaşıllıq zolaqları salınıb.

44. SUMQAYITIN ƏN AĞRILI PROBLEMİNİN HƏLLİNƏ BAŞLANILDI

Sumqayıt şəhərinin əsas problemlərindən biri nəhayət ki, həll olundu. Söhbət “Acı dərə” kanalından gedir. Bu kanal şəhər üçün çox böyük təhlükə mənbəyi idi. Ötən dövr ərzində həllinə başlanılan əsas məsələlərdən biri də məhz  “Acı dərə” kanalının boruya salınması oldu.

Layihə əsasında “Acı dərə “kanalının bir hissəsi qapalı sistemə salındı. Uzunlugu 29 kilometr olan kanal Ceyranbatan qəsəbəsindən başlamaqla “Yaşıldərə” massivi Saray qəsəbəsinin bir hissəsindən və Sumqayıt şəhərinin bir necə mikrarayon və məhəllələrindən keçir. Yeni layihəyə əsasən “Acı dərə” kanalının şəhərin içərisindən keçən hissəsini ləğv edildi və qapalı sistemə salındı.
Qeyd edək ki, “Acı dərə” kanalına yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Bu ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 30 mindən çox insanın həyatı üçün təhlükə yaradırdı. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alır, kanalın çirkab suyu, həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla, əlavə çətinliklər yaradırdı.

“Acı dərə” kanalının açıq olan hissəsinin də boruya salınması üçün layihələndirmə işləri aparılıb və yaxın gələcəkdə bu problem tamamilə aradan qaldıdılacaq.

45. SUMQAYIT TƏMİZ ŞƏHƏR OLDU

Ötən dövr ərzində şəhərin sanitar vəziyyətinin normal saxlanılması, məişət tullantılarının idarə olunması, gündəlik nəzarətdə saxlanılan əsas məsələlərdən birinə çevrildi. Şəhər rəhbərliyinin ciddi tələbkarlığı sayəsində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi sahəsində mütəmadi tədbirlər keçirildi və xeyli işlər görüldü.

46. SUMQAYITDA MÜASIR İŞIQLANDIRMA SISTEMLƏRİ QURULDU, KÜÇƏLƏR İŞIQLANDIRILDI

Sumqayıt şəhərində son illər ərzində əhəmiyyətli infrastruktur layihələri həyata keçirilmişdir. Bu inkişafların ən gözə çarpanlarından biri də şəhərin küçələrinin işıqlandırılması layihəsidir. Layihə şəhərin gecə görünüşünü tamamilə dəyişdirərək, vətəndaşların gecə saatlarında da rahat və təhlükəsiz şəkildə hərəkət etmələrini təmin edir.

Yüksək enerji effektivliyinə malik bu işıqlandırma sistemi, şəhərin enerji istehlakını azaltmağa və ekoloji ayaq izini kiçiltməyə kömək edir. Eyni zamanda, işıqlandırma sisteminin tətbiqi, Sumqayıtın estetik gözəlliyini artırmaqla yanaşı, gecə həyatının canlanmasına da təkan vermişdir.

Layihənin həyata keçirilməsi ilə şəhər sakinləri daha parlaq və yaşayışlı bir mühitə qovuşmuş, bu da şəhərin ümumi rifahına müsbət təsir göstərmişdir.

47. SUMQAYITIN “YAŞIL BINA”SI BƏRPA OLUNUR

Bu hadisə bəlkə də sumqayıtlı olmayanlar üçün adi görünə bilər. Ancaq Sumqayıtı sevənlər üçün şəhərin simvolları doğmadır, əzizdir. Çünki, bu simvollarla onları bağlayan bir çox xatirələr var… Sumqayıtın yaxın keçmişdə simvollarından sayılan şəhər icra hakimiyyətinin binasının yaşıl örtüyünün yenidən bərpa olunması üçün tədbirlər görüldü.

Qeyd edək ki, binanın yaşıl örtüyü 2010-cu ildə ləğv edilmişdi. Həmin vaxt bu hadisə ictimaiyyət arasında, xüsusilə də mətbuat və sosial şəbəkələrdə geniş müzakirə və qınaq obyektinə çevrilmişdi.

48. YARADICI İNSANLARA XÜSUSİ DİQQƏT YETİRİLDİ

İyirmi ildən artıq şəhərin müxtəlif künc-bucağında məskunlaşan Əli Kərim adına “Poeziya klubu”nun nəhayət, ofis problemi həll olundu. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən, Heydər Əliyev parkında yerləşən, geniş, bütün şəraiti olan bir mərkəz şəhərin yaradıcı insanlarının ixtiyarına verildi. “Poeziya Evi” adlandırılan sözügedən obyektin yazarların ixtiyarına verilməsi Sumqayıtda yaşayan, yazıb-yaradan qələm sahiblərinin təbii ki, ürəyincə oldu. Bu addım şəhərin yaradıcı insanlarına verilən ən böyük qiymət, dəyər idi.

49. UŞAQLARIN SAĞLAM VƏ İNTELLEKTUAL İNKIŞAFINA DİQQƏT ARTIRILDI

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər rəhbəri kimi işə başlayarkən ilk diqqət yetirdiyi, tapşırıqlar verdiyi sahələrdən biri də şəhərdə fəaliyyət göstərən uşaq bağçaları ilə bağlı oldu.

Şəhər rəhbərliyinin diqqət və qayğısı ilə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görüldü, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırıldı, istilik sistemi tam bərpa olundu, bütün uşaq bağçaları isti su ilə təchiz edildi, sanitar texniki, sanitar gigiyenik normalara əməl olunması üçün lazımi şərait yaradıldı, ərzaq təminatı ciddi nəzarətdə götürüldü. Şəhər rəhbərliyinin uşaqlara olan diqqət və qayğısı nəticəsində qısa müddət ərzində, bir neçə ayda 56 uşaq bağçasından 48-nin dam örtüyü əsaslı təmir olundu və istilik sistemləri quraşdırıldı.

50. SUMQAYIT GƏNCLƏRİNƏ DİQQƏT ARTIRILDI 

Son illərdə Sumqayıtda gənclər siyasətinə diqqət daha da artırılıb. Hər il 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sumqayıt şəhərində gənclərlə keçirilən görüşlər artıq bir ənənə halını alıb. Bu görüşlərdə şəhərin fəal gəncləri ilə yanaşı, idmançılar, yaradıcı şəxslər və müxtəlif sahələrdə uğur qazanan gənclər iştirak edir. Tədbirlər zamanı onların fikirləri dinlənilir, problemləri müzakirə olunur və həll yolları axtarılır. Bu yanaşma Sumqayıtda gənclərin ictimai həyatda fəal iştirakını artırmaqla yanaşı, onların cəmiyyətə inteqrasiyasını da gücləndirir.

51. SUMQAYITDA TƏHSİLİN TƏŞVİQİ: YÜKSƏK BAL TOPLAYAN ABİTURİYENTLƏRƏ DƏSTƏK

Sumqayıtda hər il yüksək bal toplayan abituriyentlərlə keçirilən görüşlər artıq gözəl bir ənənəyə çevrilib. Bu tədbirlər vasitəsilə təhsil sahəsində fərqlənən gənclər həm təbrik olunur, həm də onların uğurları qiymətləndirilir. Belə görüşlər abituriyentlər arasında sağlam rəqabəti təşviq etməklə yanaşı, onları daha çox çalışmağa və nailiyyətlər əldə etməyə ruhlandırır. Eyni zamanda, bu ənənə təhsilin keyfiyyətinin yüksəldilməsinə və Sumqayıtın gələcəyinin savadlı kadrlarla təmin edilməsinə mühüm töhfə verir.

52. ŞƏHƏR BÖYÜK MƏDƏNİ MƏRKƏZƏ ÇEVRİLİR

Son illər Sumqayıtda yeni mədəniyyət mərkəzlərinin istifadəyə verilməsi ilə yanaşı, mövcud müəssisələrinin əsaslı və cari təmiri, maddi-texniki baza­sının möhkəmləndirilməsi, mədəni-kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılması diqqət mərkəzində oldu.

53. TİBBİ XİDMƏTİN KEYFİYYƏTİ YAXŞILAŞDIRILDI

Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi əhalinin sağlamlığına da xüsusi diqqət yetirildi. Müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılmasına başlanıldı. Şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olundu, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olundu.

1 saylı Şəhər Mərkəzi Xəstəxanası, 1 saylı doğum evi, 1 və 2 saylı qadın məsləhətxanaları, 1 və 4 saylı şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 saylı uşaq poliklinikası, 3 saylı şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub. 1 saylı uşaq poliklinikası, 2 saylı şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparıldı.

1 və 2 saylı doğum evlərinin reanimasiya şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 saylı doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyə başladı.

54. YENİ XƏSTƏXANA TİKİLƏRƏK İSTİFADƏYƏ VERİLDİ

2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı.

Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 23-də Xəstəxananın yeni binasının açılışını etdi. 150 çarpayılıq xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftalmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və sair şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir. Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün PHACO AMO cihazı və iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.

55. PANDEMİYA İLƏ EFFEKTİV MÜBARİZƏ APARILDI

Son dövrdə Azərbaycanın məruz qaldığı sınaqlardan biri də koronavirus pandemiyası oldu. Həyata keçirilən səmərəli  tədbirlər nəticəsində Azərbaycan koronavirusla mübarizədə ən uğurlu nəticələr əldə edən dövlətlərdən biri oldu. COVID-19-la mübarizədə Sumqayıt da nümunələr yaratdı. Belə ki, virusun ölkəmizdə qeydə alındığı ilk vaxtlardan şəhərdə virusa qarşı intensiv  tədbirlər həyata keçirildi, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanıldı. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradıldı. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına şəhərdə ciddi şəkildə nəzarət həyata keçirildi. Bu məqsədlə şəhərdə mobil qruplar da yaradıldı. Xüsusi ayrılmış kommunal texnikalar mütəmadi olaraq dezinfeksiya proseslərini həyata keçirdilər. Yaşayış məhəllələrində, binaların girişlərində, liftlərdə, ticarət şəbəkələrində, sənaye müəssisələrində gündəlik dezinfeksiya işləri aparıldı. Təsadüfi deyil ki, şəhərdə COVID-19-a yoluxmada ciddi fəsadlar müşahidə olunmadı. Pandemiya dövründə şəhərlə bağlı başqa bir mühüm məqam ondan ibarətdir ki, Çinin Cucou, Myenyan və Sian şəhərləri dostluq əlaqələri saxladıqları Sumqayıta humanitar yardımlar göndəriblər. Sumqayıt şəhərində koronavirusla effektiv mübarizə aparmaq üçün modul tipli xəstəxana yaradıldı. Koronavirusla daha da effektiv mübarizə aparmaq üçün şəhər ərazisində yeni infrastrukturun yaradılması zərurəti yarandı. Prezident İlham Əliyevin tapşırığı əsasında qısa müddət ərzində Sumqayıt şəhərində modul tipli xəstəxana tikildi. Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Modul tipli xəstəxananın açılışı oldu.

56. 8 İLDƏ İNFRATRUKTUR LAYİHƏLƏRİNƏ 6 MİLYARD 500 MİLYON MANATDAN ÇOX İNVESTİSİYA QOYULDU

2015-2023-cü illər ərzində Sumqayıt şəhərində böyük infrastruktur layihələri həyata keçirildi. İnfratruktur layihələrinə ümumilikdə 6 milyard 500 milyon manatdan çox investisiya qoyulub. Bu investisiyalar şəhərin iqtisadi və sosial inkişafına böyük təsir göstərib.  Son 8 ildə Sumqayıt şəhərində sənaye müəssisələrinin sayı 2 dəfədən çox artıb. Ümumi məhsul buraxılışı 2015-ci illə müqayisədə 2023-cü ildə 6 dəfə, sənaye məhsulunun həcmi 8 dəfə, sənaye məhsulunun həcmində  qeyri dövlət sektorunun  xüsusi çəkisi  2,5 dəfə artıb.

57. ŞƏHƏRDƏ TURİZM İNFRASTRUKTURUNUN ƏSASI QOYULDU

Prezident İlham Əliyev 27 sentyabr 2016-cı il tarixdə şəhər ictimaiyyəti ilə görüşü zamanı Sumqayıtın inkişafı ilə bağlı müəyyən hədəflərini açıqladı. Ölkə rəhbəri vurğuladı ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq: “Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır – gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir”.

Bu istiqamətdə ötən 8 ilərzində mühüm işlər həyata keçirildi. Şəhərin inkişafı, otellərin istifadəyə verilməsi, dənizkənarı bulvarın yaradılması və.s Sumqayıtın gələcəkdə turizm mərkəzi kimi çıxış etməsi üçün ilkin addımlardandır. Hazırda da bu istiqamətdə də işlər davam etdirilir.

58. ƏHALİNİN MƏŞĞULLUĞU ƏSAS HƏDƏFLƏRDƏN OLDU

Bu illər ərzində əhalinin məşğulluğunun təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Yeni iş yerlərinin yaradılması üçün mühüm layihələr gerçəkləşdirildi. Özəl sektorun inkişafı yeni iş yerlərinin yaranmasına, əhalinin məşğulluğunun təmin olunmasına təkan vermiş oldu.     2015-2023-cü illər ərzində 50 min yeni iş yeri açılmışdır.

59. ÖZƏL SEKTOR İNKİŞAF EDİR

Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. Qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan sənayenin inkişafı, bu sahədə yeni istiqamətlərin müəyyənləşdirilməsi şübhəsiz ki, iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, özəl sektorun inkişafı ilk növbədə yeni iş yerlərinin açılmasına,  əhalinin məşğulluğunun artırılmasına səbəb olur.

60. MƏSCİDLƏR TƏMİR OLUNDU

Sumqayıt şəhərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində də mühüm işlər görüldü. Sumqayıtda və ətraf qəsəbələrdə mövcud məscidlərdə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradıldı. Məscidlərdə təmir işləri aparıldı. Yüksək keyfiyyətlə aparılan təmir işləri sayəsində Coratın ən qədim dini ibadədgahlarından biri olan “Cümə” məscidi yenidən öz qapılarını sakinlərin üzünə açdı. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni anda 500 müsəlman ibadət edə bilər. Əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Burada kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Məsciddə müasir işıqlandırma, kamera, isitmə və soyutma sistemləri, monitorlar quraqşdırılıb.

61. KOMMUNAL XİDMƏTLƏR SEKTORUNDA KEYFİYYƏT ARTIRILDI

Əhalisinin sayına və sənaye potensialına görə respublika həyatında mühüm  rolu olan Sumqayıt şəhərində elektrik təchizatının yaxşılaşdırılması, şəhər əhalisinin təbii qazla fasiləsiz təmin edilməsi və su  təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks işlər həyata keçirildi.

62. SUMQAYIT ŞƏHƏRİNİN DAYANIQLI QAZ TƏCHİZATI ÜÇÜN MÜHÜM LAYİHƏ REALLAŞDIRILDI

Ötən dövr ərzində Sumqayıt şəhərində qazlaşdırma səviyyəsinin yüksəldilməsi istiqamətində çox mühüm layihə reallaşdırıldı. 24 aprel 2020-ci il tarixində Prezident İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışını etdi. Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Sözsüz ki, inkişaf özü ilə bərabər yeni infrastrukturun formalaşmasını, elektrik enerjisi, qaz və su təchizatı sahəsində keyfiyyətinin yüksəldilməsini zəruri edir.

Son illər ərzində Sumqayıtda yeni sənaye müəssisələrinin yaradılması, şəhərin inkişafı qaza olan tələbatı artırmışdı. Bu da xüsusən qış aylarında Sumqayıt şəhərinin qazla təminatında müəyyən problemlər yaradırdı. Bu baxımdan aprelin 24-də cənab Prezidentin iştirakı ilə Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı Sumqayıt şəhəri üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu qaz kəmərinin istifadəyə verilməsi həm əhalinin, həm də şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin qaza olan tələbatını ödəmiş olacaq.

Açılan yeni magistral qaz kəməri Sumqayıtda yaradılan sənaye klasterinin və yeni sənaye müəssisələrinin dayanıqlı qaz təchizatının gücləndirilməsi üçün xüsusi önəm daşıyır. O cümlədən əhalinin qış aylarında kəsintisiz olaraq təbii qazla təmini üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Bu layihənin həyata keçirilməsi Sumqayıtın müasir sənaye şəhəri kimi daha da inkişafı üçün böyük imkanlar yaradır.

63. ŞƏHƏRİN İSTİLİKLƏ TƏMİNATINA BAŞLANILDI

Nəhayət ki, əhalinin istiliklə normal təmin olunması üçün istilik sistemlərinin əsaslı təmiri və bərpası istiqamətində işlərə başlanıldı. 18-ci mikrorayonda 24 yaşayış binasında 1110 mənzili istiliklə təmin edən yeni qazanxana istifadəyə verildi, 12-ci mikrorayonda isə yeni qazanxananın tikintisinə başlanıldı. Hazırda 23 qazanxana vasitəsi ilə 239 yaşayış binası, 30 orta məktəb, 2 uşaq bağçası, 17 səhiyyə obyekti və 21 digər obyektlər istiliklə təmin olunur.

64. SAKİNLƏRLƏ ÜNSIYYƏTƏ ÜSTÜNLÜK VERİLDİ

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilk gündən şəhər sakinləri ünsiyyətə açıq oldu, mütəmadi olaraq şəhər sakinləri ilə görüşlər keçirildi. Vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşıldı.

Sumqayıt şəhərində vətəndaşların qayğı və problemlərinin yerində dinlənilməsi məqsədilə Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun səyyar-qəbul görüşləri davamlı hal aldı.

Səyyar qəbulun keçirilməsində əsas məqsəd vətəndaşlarla birbaşa görüşmək, onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaq olmuşdur.

Bu görüşlər hər həftə şəhərin müxtəlif ərazilərində keçirilir.

65. ŞƏHƏR QURUCULARI DİQQƏT MƏRKƏZİNDƏ OLDU

75 yaşlı şəhərin qurulmasında əməyi olan hər kəs hörmət və ehtiramla yad edildi. Şəhərin qurulmasında əməyi olan şəxslərin xatirəsi əbədiləşdirildi, yaşadıqları binalara xatirə lövhələri vuruldu. Eyni zamanda bir neçə küçəyə şəhərin qurucularının adı verildi.

66. SUMQAYITIN ŞƏHƏR STATUSU ALMASININ 70 İLLIYİ ÖLKƏ MİQYASINDA QEYD OLUNDU

2019-cu ildə Sumqayıtın 70 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Prezident İlham Əliyev Sumqayıtın 70 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi haqqında Sərəncam imzaladı. Respublikamızda hər hansı bir şəhərin yubileyinin ölkə miqyasında və ilboyu keçirilməsi barədə belə sərəncamların verilməsi nadir hadisədir. Bu, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında Sumqayıtın xüsusi rol oynadığını bir daha göstərir. Prezident İlham Əliyev Sumqayıtın şəhər statusu aldğı gün -21 noyabr 2019-cu il tarixdə şəhərdə önəmli açılışlar etdi və Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi. Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxsləri təltif etdi.

67. QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏRLƏ ƏLAQƏLƏR GENİŞLƏNDİRİLDİ

Sumqayıt “Qardaşlaşmış şəhərlər” hərəkatına ölkəmizdə ilk və fəal qoşulan şəhərlərdən biridir. Bu gün dünyanın 20-ə yaxın şəhəri ilə dostluq əlaqələri olan Sumqayıt ötən dövr ərzində əlaqələri daha da genişləndirdi. Qarşılıqlı səfərlər və həyata keçirilən layihələr nəticəsində qardaşlaşmış şəhərlərlə əlaqələr daha da inkişaf etdirildi. Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında dostluq əlaqələrinin 40 illiyi təntənəli şəkildə qeyd olundu. Sonrakı illərdə də bu istiqamətdə önəmli tədbirlər reallaşdırıldı.

68. SUMQAYIT DÜNYA ÖLKƏLƏRİNİN DİQQƏT MƏRKƏZINDƏ OLDU

Sumqayıt istər sənaye şəhəri kimi, istərsə dədigər sahələrdə əldə etdiyi uğurlara görə dünya ölkələrinin diqqət mərkəzində oldu.

Ötən illərdə 10-larla xarici ölkənin diplomatı şəhərimizə səfər edib, qarşılıqlı əlaqələr qurulub. Sumqayıta gələn qonaqların və keçirilən tədbirlərin miqyasının genişlənməsi şəhərin bir daha dinamik inkişafından xəbər verir. Şəhərə yerli və xarici iş adamlarının marağı artıb, hətta səfirlik vasitəsi ilə xarici ölkələrin bir çox şəhərləri Sumqayıt ilə hərtərəfli əməkdaşlıq əlaqələri yaratmaq niyyətində olduqlarını bildirmişlər. Beynəlxalq səviyyəli, nüfuzlu təşkilatların nümayən­dələri, böyük dövlətlərinin səfirlərinin Sumqayıta səfərləri olmuşdur. Son vaxtlar şəhərimizdə respublika və beynəlxalq səviyyəli tədbirlər, bir çox xarici iş adamları ilə görüşlər keçirilib. Sumqayıtda səfərdə olan mötəbər qonaqların, dövlət rəsmilərinin, iş adamlarının fikir və rəyləri şəhərimizin respublika miqyasında öz xüsusi yeri olduğunu bir daha təsdiqləyir.

69. MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN YAŞAYIŞ BİNALARI TİKİLDİ

Məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayan Prezidentent İlham Əliyevin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda və Sumqayıt stansiyası massivinin yaxınlığında yeni yaşayış binaları tikildi. İlkin mərhələdə çətin şəraitdə yaşayan məcburi köçkünlər evlə təmin olundu.

Sevindirici haldır ki, 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün artıq “Böyük Qayıdış” proqramı uğurla icra olunur. Prezident İlham Əliyevin söylədiyi kimi, birinci yerdə keçmiş məcburi köçkünlər və onların həyatı, onların yurdları və həyat tərzi, öz torpaqlarında layiqli yaşaması məsələsi dayanır.

Bir zamanlar Sumqayıta pənah gətirmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması prosesi uğurla icra olunur.

70. SUMQAYITLILAR VƏTƏN MÜHARİBƏSİNDƏ QƏHRƏMANLIQ NÜMUNƏLƏRİ YARATDI

Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın dövlətçilik tarixinin ən böyük hadisəsi oldu.
44 gün davam edən Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və hansı müasir döyüş imkanlarına malik olduğunu bütün dünyaya nümayiş etdirdi.  Sentyabr ayında həyata keçirilən antiterror tədbirlərində isə Qarabağdakı erməni separatizminə son qoyuldu.
Vətən müharibəsi ilk gündən sumqayıtlıların da işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu. Hələ 2020-ci ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra yüzlərlə vətəndaş könüllü olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində qeydiyyata düşmüşdü.

Həmin il sentyabrın 27-dən sonra isə könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən sumqayıtlıların sayı daha da artdı. Sumqayıt ictimaiyyəti həmin günlərdə döyüşə gedənləri alqış sədaları ilə yola salırdı. Bu döyüşlərdə neçə-neçə sumqayıtlı qəhrəmanlıq nümunəsi yaratdı. Onlardan 3 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, bir qismi yüksək orden və medallarla təltif olunub.

71. ŞƏHİDLƏR XİYABANI ƏSASLI TƏMİR OLUNDU

Sumqayıtda son illərdə aparılan abadlıq və quruculuq işləri şəhərin Şəhidlər xiyabanını da əhatə etdi. 1992-ci ildə salınan Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olundu, burada kompleks yenidənqurma işləri aparıldı, ərazisi genişləndirilərək 1,2 hektara çatdırıldı.

Yenidən qurulan Şəhidlər xiyabanında “Qalib Əsgər” abidəsi ucaldılıb, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi ucaldılıb.

Şəhidlər xiyabanında yaşıllıq örtüyü salındı, işıqlandırma sistemi müasirləşdirildi, fəvvarə kompleksi inşa edildi. Burada yenidənqurma işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradıldı, həmçinin inzibati bina inşa olundu.

Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə yeniləndi.

2022-ci il iyulun 20-də Prezident İlham Əliyev Sumqayıt Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu.

72. SUMQAYITDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏR DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILDI

Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanıldı, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirildi. Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial vəziyyətlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılmasına ehtiyac yarandı. Bu məqsədlə  Zakir Fərəcovun sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradıldı. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə yaradılan Əlaqələndirmə Mərkəzi ötən dövr ərzində mühüm layihələr həyata keçirdi, bir sıra problemlər aradan qaldırıldı.

73. 100-Ə YAXIN KÜÇƏYƏ ŞƏHİDLƏRİN ADI VERİLDİ

Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şəhər sakinlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Şəhərin küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib. Eyni zamanda şəhər ərazisində 100-ə yaxın küçəyə şəhidlərimizin adı verildi.

74.ŞƏHƏRİN BEŞ MÜXTƏLİF ÜNVANINDA BAYRAĞIMIZ UCALDILDI

Son 10 ildə Sumqayıtda reallaşdırılan ən mühüm layihələrdən biri də Azərbaycan bayrağının şəhərin beş müxtəlif ünvanında ucaldılması oldu. Bu təşəbbüs təkcə şəhərin estetik görünüşünü zənginləşdirməklə kifayətlənmədi, həm də milli birlik və qürur simvolu kimi xüsusi bir mənəvi əhəmiyyət daşıdı. Bu, şəhər sakinlərinə və gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılayır.

75. SUMQAYITIN MÖHTƏŞƏM GECƏ GÖRÜNTÜLƏRİ
Son illərdə Sumqayıt şəhərində həyata keçirilən yeniliklərdən biri də şəhərin gecə görüntülərinin möhtəşəm şəkildə tərtib olunmasıdır. Şəhərin əsas küçə və prospektlərinə quraşdırılan xüsusi işıqlandırma sistemləri parklar, mərkəzi meydanlar və ictimai məkanlarla harmoniya yaradaraq Sumqayıtı göz oxşayan bir məkana çevirib. Dekorativ işıq effektləri və unikal dizayn elementləri şəhərə yeni bir estetika qazandıraraq, həm sakinlər, həm də qonaqlar üçün unudulmaz bir atmosfer yaradıb. Bu işıqlandırma layihəsi Sumqayıtın inkişaf etmiş və müasir şəhər statusunu daha da möhkəmləndirir.

Bu genişmiqyaslı layihələr və tədbirlər Sumqayıtın 75 illik tarixində yeni bir səhifə açdı.  Yuxarıda sadaladığımız uğurlar, şəhərimizin və ölkəmizin gələcəyinə dair ümidlərimizi daha da gücləndirir.  sumqayitxeber.com olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovu, şəhər sakinlərini təbrik edirik! İnanırıq ki, Sumqayıt şəhəri gələcək illərdə daha da inkişaf edəcək və ölkəmizin parlaq gələcəyinə töhfələr verməyə davam edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər