8 aylıq hamilə qadın öldü

1660

Salyan rayonunda hamilə qadın dünyasını dəyişib. 

Sumqayitxeber.com “Report”a istinadən xəbər verir ki, hadisə Salyan şəhəri, Fikrət Zərgərli küçəsi, 203 ünvanında qeydə alınıb.

Belə ki, 8 aylıq hamilə olan 1998-ci il təvəllüdlü, Hökumə Oqtay qızı Məmmədova gecə saatlarında qəfil dünyasını dəyişib.

Yaxınları qadının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Həmin gecə də anidən epilepsiya xəstəliyi tutub və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər