8 martda qadın sürücülərə Sumqayıtda hədiyyələr təqdim olunub

580
Bu gün Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində maraqlı reyd keçiriblər.
Reyd zamanı xanım sürücülər və piyadalar saxlanılsa da, onlara cərimə yazılmayıb. Reyd zamanı saxlanılan qadın sürücülər ötmə-manevr qaydalarını və yol nişanının tələbini pozanlar, eləcə də, sükan arxasında mobil telefondan istifadə edənlər olub.
DYP əməkdaşları xanım sürücü və piyadalarla maarifləndirici söhbətlər apararaq onları yol hərəkəti qaydalarına pozmamağa dəvət edib, qayda pozuntusunun insan faciəsinə səbəb ola biləcəyəni diqqətə çatdırıblar. Daha sonra isə xanım sürücü və piyadalara DYP tərəfindən gül və hədiyyələr verilib.
Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis şöbəsindən bildirilib ki, hər il olduğu kimi, bu il də ənənəvi olaraq Sumqayıtda xanım sürücülərlə bağlı belə bir tədbir keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər