Prezident İlham Əliyev Xaçmazın icra başçısını vəzifəsindən azad edib.
“Qafqazinfo” xəbər verir ki, ölkə başçısının bu gün imzaladığı sərəncama əsasən, Şəmsəddin Xanbabayev işdən çıxarılıb.
Qeyd edək ki, Ş. Xanbabayevin 81 yaşı var.
Prezidentin digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaza icra başçısı təyin edilib.