“Ədəbi Azadlıq-2013” şeir və hekayə müsabiqəsi başlandı! (Mükafat – notebook)

1149

Müsabiqələrə qatılanlar şeirlərini, hekayələri bu ünvana göndərə bilərlər: oxuzali@azadliqradiosu.az

Martın 13-də Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da ədəbiyyat müsabiqəsi başlanır.Müsabiqə ötən il olduğu kimi şeir və hekayə nominasiyalarında keçiriləcək.“Ədəbi Azadlıq-2013” adlanan müsabiqənin mükafatları notebook-lar, netbook-lar və e-book readerlər-dir (elektron kitab oxuma qurğuları).

Müsabiqələrə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul ediləcək (sosial şəbəkələrdə yayılmış əsərlər istisna olmaqla).

Şeir və hekayələr üçün heç bir mövzu və həcm məhdudiyyəti yoxdur.

Hər müəllifdən yalnız 1 hekayə və maksimum 2 şeir qəbul edilir.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.

Müsabiqə 4 mərhələdə keçiriləcək. Şeir və hekayələr münsiflərə imzasız təqdim ediləcək.

İlk mərhələdə münsiflərin hər biri şeir və hekayələrin içindən ən yaxşı hesab etdiyi 20 əsəri seçib 1-dən 20-cən balla qiymətləndirəcək.

Münsiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin şeir və hekayə 20-likləri müəyyən ediləcək.

İkinci mərhələdə artıq imzası bilinən əsərlər arasından 10-luq müəyyən ediləcək, üçüncü mərhələdə isə 10-luq “Oxu zalı”nda on-line səsverməyə çıxarılacaq.

"Ədəbi Azadlıq-2012"nin hekayə nominasiyasında qalibi - İran Azərbaycanından olan yazar Rüqəyyə Kəbiri“Ədəbi Azadlıq-2012″nin hekayə nominasiyasında qalibi – İran Azərbaycanından olan yazar Rüqəyyə Kəbiri

Bu dəfə – oxucular öz seçimini edəcək.

Və dördüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.

Beləliklə, müsabiqənin bütün mərhələlərində verilən balların cəmi ilə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, bu ilki müsabiqədə münsiflərin sayı artırılacaq. Onların hər biri müsabiqəyə təqdim olunan əsərlərin hamısını oxuyacaq. Bu isə həm Azərbaycan şəraitində müsabiqəyə mümkün kənar təsirlərin minimuma endirilməsinə, həm də yekun seçimin daha obyektiv olmasına xidmət edəcək.

Münsiflərimiz haqda bundan artıq məlumat verilməyəcək və onların adları əvvəlki illərdə olduğu kimi müsabiqənin iyunun əvvəlində keçirilməsi planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq.

Müsabiqələrimizin yekununda çap edəcəyimiz kitabda 50 seçmə hekayə və 50 müəllifin seçmə şeirləri (müsabiqədə toplanan ballara uyğun olaraq) yer alacaq.

Müsabiqələrə qatılanlar şeirlərini, hekayələri bu ünvana göndərə bilərlər:oxuzali@azadliqradiosu.az 

Əsərlər martın 13-dən aprelin 13-dək (həmin gün də daxil) qəbul ediləcək.

"Ədəbi Azadlıq-2010" seçmə hekayələr kitabı“Ədəbi Azadlıq-2010” seçmə hekayələr kitabı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər