Əgər dondurma yeyərkən …

1522

dondurma-5Yayın qızmar günləri öz gəlişi ilə bərabər sərinləşdirici məhsulları, eləcə də dondurmaları da həyatımıza daxil edir. Demək olar ki, 7-dən 77-yə hər kəs qızmar günəşin hərarətini azaltmaq üçün bütün digər vasitələrlə yanaşı dondurma məhsullarını da az qala gündəlik tələbat malına çevirir. Ancaq gəlin görək bu qədər soyuqqanlılıqla qəbul etdiyimiz dondurmalar həyatımız üçün heç bir təhlükə törətmir ki?!

Mütəxəssislər xəbərdarlıq edir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, ölkənin dondurma bazarında problemlər yaşanır. Dondurma yüksək kalorili süd məhsuludur və tez həll olunur. Onun yağlılığını artırmaq üçün standartlar tələb edir ki, yalnız və yalnız kərə yağından istifadə olunsun. Dondurmanı dilin üstünə qoyanda təzə qaymaq dadı verməlidir. Hansı ki, indi dondurmalar insan boğazında acılıq yaradır. “Boğazda acılıq yaradan dondurmaların yağlılığını artırmaq üçün onun tərkibinə marqarinlərin, bitki yağlarının və piylərin qarışdırılmasıdır” – deyə E.Hüseynov əlavə edir.

Mütəxəssisin sözlərinə görə, bu məhsulun hazırlanmasında quru süddən, çox vaxt da vaxtı ötmüş quru süddən istifadə olunur: “Bu gün bazarda təzə süddən hazırlandığı deyilən dondurmaların demək olar ki, 98 faizi quru süddən hazırlanan məhsuldur. Təzə süddən dondurma hazırlamaq təcrübəsi yox dərəcəsindədir. Dondurmaların satış şəbəkəsində saxlanma müddəti 7 gündən artıq deyil. Lakin biz bu gün bazarda 3 ay yararlılıq müddəti olan dondurmalar müşahidə edirik. Bu, o deməkdir ki, dondurmaların tərkibinə kimyəvi maddələr qarışdırılıb və bu əməllər də əhalidən gizlədilib. Əhali bilməlidir ki, malın ömrünü nə uzadırsa, bu da insanların ömrünü qısaldır”.

Sumqayıtda isə…

Sumqayıtda satılan dondurma məhsulları bütünlüklə paytaxtda fəaliyyət göstərən müəssisələrə aiddir. Sumqayıtda bu işlə məşğul olan heç bir müəssisə və ya sex mövcud deyil. Baxmayaraq ki, əvvəllər belə sexlər olub. Sumqayıt şəhər Gigeyena və Epidemiologiya Mərkəzindən “168 saat”a verilən məlumata görə, Sumqayıtda 3 il öncə bu cür bir neçə sex fəaliyyət göstərirmiş, lakin sonradan fəaliyyətində neqativ hallar aşkarlandığından onların fəaliyyəti dayandırılıb.

Şəhərimizdən ticarət obyektlərində satışda olan dondurmaların bir hissəsi AER firmasının istehsalı olan məhsullardır. Firma məhsullarını Sumqayıtdakı yayımcıları vasitəsilə ilə ticarətçilərə çatdırır. Əməkdaşlarımız AER-in Sumqayıtdakı yayım obyektlərindən birində olub. Ordan dondurmanın necə, hansı tərkiblə istehsal olunduğu barədə heç bir məlumat verə bilməyəcəklərini bildirsələr də “birinci əl” qiymətlərini təqdim etdilər. Beləliklə, ən çox istifadə olunan dondurma məhsullarının topdansatış qiymətlərini təqdim edirik:

Nağıl – 16 qəp.

Zima – 24 qəp.

Maqnulya – 25 qəp.

Çarli – 15 qəp.

Venera – 42 qəp.

Plambir (15%) – 40 qəp.

Kasa (0,5 qr) – 1.30 qəp.

Sevil – 1 man.

Yasif – 1.20 qəp.

AER Gold – 3 man.

Bu dondurmaların hər birini Sumqayıtdakı ticarət mağazlarında və ya küçələrdəki dondurma soyuducularından ala bilərsiniz. Topdansatış və pərakəndə satış qiymətləri arasında fərq isə 5-10 qəpik arasında dəyişir. Satıcılar bahalı dondurmalardan daha çox gəlir əldə edirlər. Əgər məhsulun topdansatış qiyməti 1 manatdan yuxarıdırsa, onda məhsulun qiymətinə 20, bəzən isə 30 qəpik əlavə etmək olar.

Bu sahədə rəqabətin olduğunu da danmaq olmaz. Satışda AER, Millenium, İceland kimi firmaların məhsulları təxminən bərabər paylanıb. Yuxarıda sizlərə AER-in məhsullarının topdansatış qiymətlərini təqdim etmişik. İndi isə digər iki firmanın məhsullarının pərakəndə satış qiymətləri ilə tanış olun.

Millenium firmasının dondurmaları

Adı    Qiyməti

Eskimo        40 qəp.

Prestij (kasa)         50 qəp.

Plambir       30 qəp.

Qost  70 qəp.

Millenium (qozlu)  30 qəp.

Prestij          2.50 qəp.

İceland firmasının dondurmaları

Adı    Qiyməti

Delisimo      3 man.

Plambir       50 qəp.

Bravo          40 qəp.

Bakılı qız    30 qəp.

Şahdağ        20 qəp.

Foks  20 qəp.

Vüsal

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər