Əkrəm kirvə, qələminə “qüvvət”.Böyük iş gördün.Elə bir roman yazdin ki,özün də bahəm neçə-neçə maskalar cırdın.Özünü demirəm,islanmışın yağışdan nə qorxusu…amma sayəndə cırılan maskaların həqiqətən də başqa zadı var.
Yuxunun yozumunu bundan başlayim ki, forumdaşın Rafiq Əliyev səni heç vaxt tək buraxmayacaq.Belə ki,gördüyün yuxuların gündəmimizi zəbt edib elə bir tufan qopardi ki,qalxan tufandan göz-gözu görmədi.İnandırım səni bax o zaman hansı “yerazin” əlinə düşsəydin səni uydurduğun o qoca ermənidən yaman günə salardı.Toz-duman çəkiləndə isə hammi bunu Hafiz Hacıyevdən biləcəkdi.Mətləbə qayıdaraq deyim ki,sən demə camaatın bir-birinə dəyməsi elit akademikin heç qulağına deyilmiş.Azərbaycanlıların təhqir olunmasına dair yuxunu yozarkən , akademik Agdamda orta məktəbdə oxuyanda bankanın içindəki qaymağa bankanin ustundən sürtdüyü çörəyi xatırlayib deyir ki,mən hələ o qaymağı yeməmişəm,buna görə də heç nə deyə bilmərəm.Kişi demək istəyib ki o romanı hələ vaxt tapəb oxumayib.Sən ziyalının “böyüklüyünə,elitarlığına,
Ürəyini fərah tut Əkrəm qağa,gördüyün yuxunu Cəmil Həsənli də yozmadı.O da eyni qaydayla firlatdi.Eldar Namazov da elitarcasina vəziyyətdən çıxdı.Qorxma “İstiqlal” ordenlim qorxma ,bu kişilər səninlədir.Eyni qəlibdən çıxmısınız elə bil.
Əkrəm kirvə, incimə ki adının yanına Əylislini yaza bilmirəm.Belə içimdən gəlmir e…Deyirəm birdən Ayqanuş arvadın xətrinə dəyər.Axı bir-birinizi çox istəyirsiniz.Arvad qayidib deməzmi ki, Əkrəm hardan Əylisli oldu?
Darıxma qağa ,tək deyilsən.Tutuduğun qələti görməməzlikdən gələn ,sənin təbilincə desək bir sürü ünsür var.Yəqin ki fikir vermisən .Hardasa bir balaca səs-küy olan kimi mətbuatı bəyanat atəşinə tutan “müxaliflərin” gülləsi qurtarıb deyəsən.Ya da elə bir yuxu görmüsən ki,yuxunda məsxərəyə qoyduğun Böyük bəyin “davamçıları” bu yuxunu nə illah eləsələr də yoza bilmirlər.
Yuxunu yozanlar əsasən iqtidar və vətəndaş cəmiyyətinin bir neçə nümayəndələri oldu.Yuxunu yozaraq dedilər ki, bu ən başlıca satqinlıq və şərəfsizliyə işarədir.Arqumentləri isə bu oldu ki, şərəfi , mənliyi, ləyaqəti və ən əsası azərbaycanlı olan adam belə yuxu görməz.
İqtidarla müxalifət yuxu yozanlarinin yozumlarını müqayisə etmək üçün nə qədər axtardımsa Yeni Müsavat və AXCP yuxu yozanıarindan bir yozum tapa bilmədim.Deyəsən başları Binədəki yanğınlara qarışıb.
Ay ahıl adam.Dünən də deyəsən bir qorxulu yuxu görmüsən.Görmüsən ki, Hrant qardaşın səni çağırır.Bu yuxunun yozumu lap sadədir.Tezliklə görüşəcəksiniz.Yəqin ki “yerazlar” bu yuxunu çin edəcəklər.
Deyirəm ömrünün bu yaşında yuxu tapdın da görməyə.Yuxunda gördüyün o ermıni vardı ha…hansı ki su fantanının içində ölüb qalmışdı.Bunun yozumu dəhşətdir.Belə ki, sən öləndə tabutunu götürməyə adam tapılmayacaq.Hətta belə də yozum var ki, torpaqda səni qəbul etməyəcək .Cəsədini suya, ya da dənizə atacaqlar.
Əkrəm kirvə bu yozum Qərbi Azərbaycanlı yuxu yozanındandır.Düzgünlüyünə şübhən olmasın.
Pərviz Şahüseynli, sumqayitxeber.com