Əli Cansundan “Xəzər-Lənkəran”a transferi haqqında açıqlama – EKSKLÜZİV

934

Bildiyiniz kimi, son günlər həm Azərbaycan idman mətbautında, həm də Türkiyə mediasında “Neftçi”nin sabiq üzvü Əli Cansunun “Xəzər-Lənkəran”a keçidi haqqında məlumatlar yayılıb. Bu məsələ barəsində “Xəzər-Lənkəran” komandasının rəhbərliyi rəsmi açıqlama verərək keçmiş “Beşiktaş”lı forvardın gündəmlərində olmadığını bildirsə də, bu mövzudakı söyləntilərə hələ də son qoyulmayıb. Odur ki, məsələ ilə bağlı Əli Cansunun da fikirlərini öyrənməyi lazım bildik. Saytımıza bu haqda eksklüziv açıqlama verən 30 yaşlı hücumçu isə aşağıdakı fikirləri söylədi: “Mən də bu barədə mətbuatdan məlumat almışam. Amma indiki halda belə bir şey yoxdur. Əgər bu transfer rəsmən gündəmdə olsaydı, mən özüm bu məsələ ilə bağlı açıqlama verərdim”

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər