Ərdə xora tapılıbsa, arvadın da müalicəsi vacibdir – Mədə qastriti törədən bakteriyalar keçicidir

1654
Son zamanlar gənc və orta yaşlı insanlarda daha geniş yayılmış mədə qastriti, xora, kron xəstəliyinin səbəbini alimlər Helikobakteri Pylori adlı bakteriyanın fəsadına bağlayırlar.
Əslində, bu bakteriya bütün insanlarda var, sadəcə aktivləşməsinə zəmin yarandıqda mədə divarını zədələyir.
Medicina.az son zamanlar həkimləri belə qorxuya salan Kron xəstəliyinə gətirib çıxaran mədə-bağırsaq iltihab proseslərinin niyə bu qədər aktivləşdiyini Bioloji Təbabət klinikasının qastroenteroloqu həkim Arzu Quliyeva ilə aydınlaşdırmağa çalışıb.
Mədə-bağırsağın düşməni olan Helikobakteri bakteriyasının yayılması yollarından danışan həkim məişət yolu ilə yoluxmanı istisna etmir:
“Helikobakteri  tüpürcək ilə keçə bilir. Ona görə evdə qaşıqla, qabla, tutaq ki, bir qaşıqdan, fincandan kişi, qadın istifadə etdikdə, ana bir qaşıq özü yemək yeyir, həmin qaşıqda uşağa yemək verirsə, bakteriya keçə bilir. Ona görə müayinəyə gələn ərdə helikobakteri çıxırsa, mən qadını də müayinəyə çağırıram və ya əksinə. Helikobakteri 13 yaşından sonra uşaqlara daha tez keçir. Helikobakteri mədə, bağırsaqlarda xora, yara yaradır. Əgər mədənin selikli qişası atrofiya olursa, o sonradan metoplaziyaya, displaziyaya çevrilir. Artıq hüceyrələr dəyişir, pozulur və sonda bədxasəlli şişə çevrilir. Ona görə hüceyrə səviyyəsində pozulmaya çatmadan müalicəyə başlamaq lazımdır”.
Həkim qeyd edib ki, Bioloji Təbabət klinikasında bioloji tənzimləyici metodlarla atrofiya, metoplaziya, displaziya mərhələsində olan xəstələrdə uğurlu nəticələr əldə olunub. 
“Klassik təbabətdə Helikobakteri əleyhinə terapiya antibiotiklərlə aparılır. Çox zaman antibioiklər də effekt vermir. Amma biotənzimləyici terapiyada immun sistemin özünün müdafiə gücü artırılır və immunitet özü öz mikrobunu məhv edir. Yaralar sağalır, hüceyrələr yenilənir. Ona görə Helikobakteri mənşəli  atrofiya varsa, onu sağaltmaq mümkün olur. Bizim mədə-bağırsaq xəstəlikləri üzrə bioloji tənzimləyici metodlarla müalicədə çox böyük uğurlarımız var.
Məsələn biz pasiyentə köp, qıcqırma əleyhinə dərman yazmırıq. Bilirsiniz ki, insanlar özləri aptekdən müvəqqəti təsirli belə tabletlər alır. Amma bu dərmanlar köpü yaradan səbəbləri aradan qaldırmır. Biz mədə-bağırsaq traktında, həzm, maddələr mübadiləsindəki dəyişikliyi aradan qaldırmalıyıq ki, köp, qıcqırma baş verməsin.
Son zamanlar yayılmış Kron xəstəliyi (bağırsaqların ağır formalı xorası, iltihabı) müalicəyə çətin təslim olur, hətta həkimləri belə qorxudur. Biz artıq Kron diaqnozu qoyduğumuz xəstələri müalicəyə başlayırıq və əsas diqqətimizi də buna ayırırıq. İllər öncə təhsil və təcrübə aldığım, işlədiyim dövrdə Kron və xoralı kolit o qədər nadir xəstəlik idi ki, heç mənim rastıma çıxmamışdı. Amma indi təəssüf ki, xoralı kolit, Kron kimi xəstəliklər o qədər yayılıb ki, qastroenteroloqların bu gün qarşısında duran ən birinci vəzifə məhz bu ağır patologiyaların tez, effektiv müalicəsini apara bilməkdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər