Ərdoğan anonsunu verdiyi MÜHARİBƏ BAŞLADI - İlk zərbədə 30 ölü

1701

Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) terrorçularına “reaksiya ölçmə atəşi” açıb.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb.

Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.

Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu isə PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. “Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib. Sərhədin Reyhanlıdan Kilisə qədər olan 100 kilometrlik ərazisində yerləşdirilən hərbi bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
NATO və ABŞ-dan dünən verilən son bəyanatlar isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatı üçün tək əngəl kimi görünən Vaşinqtonun da aradan qalxdığını göstərir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Adrian Rankin-Qollivay deyib ki, Suriyanın Afrin bölgəsindəki PYD/PKK güclərini dəstəkləmir və onları İŞİD terror təşkilatı ilə mübarizə əməliyyatlarının parçası olaraq görmür.

“Suriya Demokratik Gücləri”ndən kənar qüvvələr bizdən hər hansı hərbi təlim və dəstək almır. Dəstəklədiyimiz qruplar, xüsusilə İŞİD əleyhinə əməliyyatlara qatılan qruplardır”, – o bildirib.

Daha əvvəl isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin sözçüsü Ryan Dillon analoji bəyanatla çıxış etmişdi. O, “Anadolu” agentliyi ilə söhbətində bildirmişdi ki, Afrin bölgəsi koalisiyanın əməliyyat zonasına daxil deyil.

Ömər Dağlı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər