Ərdoğan Türkiyə-Suriya sərhədinə getdi

1267

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddə yerləşən Hatay əyalətinə gedib.

Publika.az “Anadolu”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” altında keçirdiyi antiterror əməliyyatı haqda məlumat almaqdır.

Ərdoğanı səfərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar, baş nazirin müavini Bekir Bozdağ, müdafiə naziri Nurettin Canikli, Quru Qoşunlarının komandanı Yaşar Güler, Hatay valisi Erdal Ata müşayiət edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər