«Ərəb baharı» eyforiyası və Əylisli genosidi

780

Bu faktdır – ölkədə məmur özbaşınalıqları var, rüşvətxorluq və korrupsiya da var. Bütün bunları inkar etmək, sadəcə gülünc görünür. Korrupsiyaya qarşı mübarizə komissiyası, ASAN xidməti təbii ki, olmayan neqativliklərə qarşı nəzərdə tutulmayıb. Bütün dövrlərdə bütün ölkələrdə dövlətin nüfuzuna, onun dayaqlarına, ənənələrinə zərbə vurmaq istəyən qüvvələr bunun üçün əldən-ayaqdan gedir, xalqla dövlət arasında qarşıdurmaların yaranmasına çalışır. Xüsusilə seçkilər ərəfəsində bu qəbildən olan hadisələr daha sıx rastlanır.

2013-cü il Azərbaycanda ən vacib seçki ilidir – prezident seçkiləri. İsmayıllı, İmişli, Neftçala, Binə hadisələri bu baxımdan təsadüfə oxşamır. Bu hadisələrin içərisində ən irimiqyaslısı İsmayıllıda baş verənlər idi. Azğınlaşmış bir gəncin azğın hərəkətlərinə yerli əhalinin cavabı yerində və ədalətli idi. Ancaq… Ancaq hadisələrin bu qədər böyüməsi və siyasi məcraya yönəlməsi nə qədər təbii və təsadüfi idi?! Kimlərinsə bu hadisələrə «ərəb baharı»nın başlanğıcı donu geydirməsi etiraz edən xalqın niyyəti ilə nə qədər uyğun gəlirdi?! Etiraz edən əhalinin gərilmiş ehtiraslarından kimlərinsə öz siyasi məqsədləri üçün istifadə etmək marağı dərhal gözə göründü.

Burada yerli müxalifətin hadisələri qloballaşdırmaq marağı ilə yanaşı ekspertlər xarici müdaxiləni də istisna etmirlər. Maraqlıdır ki, hadisə Azərbaycan Qəbələ RLS-in qiymət məsələsində Rusiyaya güzəştə getməməsindən və sonuncu rus hərbçilərinin də ölkəmizin ərazisini tərk etməsindən azacıq sonra baş verirdi. Özü də Rusiya ilə sərhədin yaxınlığında.

Azərbaycan uzun illərdən sonra müstəqil dövlətdir – müstəqil siyasət həyat keçirən müstəqil dövlət. Kimlər üçün isə bu dövlət qıcıqlandırıcı amildir. Kimlərsə onu öz vassalı kimi görmək istəyir, özbaşına yox – öz başı ilə hərəkət edən yox. Zatən, Qarabağ yetərincə baş ağrıdır, kimlərinsə ikinci cəbhə açmasına barı özümüz rəvac verməməliyik.

Yoxsa, Əkrəm Əylisli kimi… Bəli, o, bir yazıçıdır – o millətçi olmaya bilər. Hər şeyə ümumbəşəri baxa bilər, kosmopolit ola bilər. Ancaq bu həssas, ağrılı zamanda – Xocalıda qırılan körpələrin, qızların, qadınların Qarabağ döyüşlərində canından keçmiş yüzlərlə şəhidlərin qanını bir Nobel ehtirasına satmağa heç bir peşəkar yazıçılıq prinispləri bəraət qazandıra bilməz. İndi erməni mətbuatı Əkrəmi qəhrəman elan edib, azərbaycanlılarn etiraf edə bilmədiklərini bir yaçının etiraf etdiyini qeyd edirlər. Düşmən dəyirmanına su tökən lazım idi: Əkrəm bu missiyanı «uğurla» öz üzərinə götürdü. İndi yerli mətbuat da onu müdafiə edən tapılır – görünür, maraqlar eynidir.

Əkrəm Əylisli daş yuxularda yatarkən, şəhid anasının gözünə yuxu getmir. İndi Əylisli rahat yatsın deyə o, şəhidin qanı və ananın yuxusuz gecələrinin üstündən Nobelə boylanmağın bir adı var: Xəyanət!

“168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər