Əvəz Mahmud Lələdağ Fəxri Fərmanla təltif olundu – FOTO

2062

Tanınmış pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 85 yaşı tamam olur.

Sumqayıt şəhərinin ictimai həyatında böyük xidmətləri olan Mahmudov Əvəz Cəlal oğlu 85 illik yubileyi münasibəti ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə fəxri fərmanla təltif olunub.

Əvəz Mahmud Lələdağ 1935-ci ildə Ermənistan SSR-i Sisian rayonunun Ağudu kəndində kolxozçu ailəsində anadan olub. İbtidai təhsilini öz doğma kəndi Ağudu orta məktəbində alan Əvəz Mahmudov 1953- cü ildə ADPXD- (Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər) institutunun alman dili fakültəsinə daxil olub. Ali məktəbdə təhsil aldığı müddətdə komsomol təşkilat katibi vəzifəsində çalışıb.
Təhsilini başa vurduqdan sonra öz doğma kəndində əmək fəaliyyətinə başlayıb. 1972 –ci ildən Sumqayıt şəhərində yaşayır. Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li, 25- №-li məktəblərdə direktor vəzifəsində çalışıb. 1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilib. Azərbaycan Yazıçılar Birliyi, AİB və Azərbaycan Aşıqlar birliyinin üzvüdür. Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı olub, 1993-cü ildən YAP idarə heyətinin üzvüdür.
Dövlət tərəfindən bir çox mükafatlara, fəxri fərmanlara və başqa mükafatlara layiq görülüb. Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Ə. M. Lələdağın “El yada düşdü”, “Dağlar marala qaldı”, “Ömür payı”, “Sinəsi dolu nənəm”, “Ağ dovşanın nağılı”, “Ömürdən qalan izlər”, “Dünya, hara gedirsən?”, “Səni gözləyirəm”, “Bizi deyib gəlmə, Mirzə”, “Yaddan çıxmaz günlərim”, “Analı dünyam”, “Ümumbəşəri bəla – erməni xəstəliyi”, “Dağlar, gözləyin məni”, “Bu dünyaya könül verdim” və digər kitabları oxucuların dərin rəğbətini qazanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər