“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək prosesdə Ə. Zeynallıya hökm oxunub. Məhkəmənin hökmü ilə Ə. Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.