Abituriyentlər hansı qeyri-dövlət universitetlərini seçirlər? – STATİSTİKA

1200

Məlum olduğu kimi, ali məktəblərə qəbul imtahanları cari ildən etibarən iki mərhələdə keçirilir. İlk qəbul imtahanı II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçirilib. İkinci imtahan isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qrupları üzrə isə iyulun 26-da keçiriləcək.

Hazırkı mərhələdə abituriyentləri düşündürən həm də universitet seçimidir. “Seçdiyim ixtisası hansı universitetdə oxumalıyam”, “dövlət yoxsa qeyri-dövlət universitetini seçməliyəm”, “Xüsusilə son illərdə şəffaf və keyfiyyətli təhsil istiqamətində ciddi addımlar atan qeyri-dövlət universitetlərindən hansını seçməliyəm?”sualları abituriyentlərin cavab axtardığı suallardır.

Belə halda, maraqlı olacağını nəzərə alıb ötənilki qəbul imtahanlarından sonra abituriyentlərin daha çox hansı qeyri-dövlət universitetlərini seçdiyi ilə bağlı statistikanı diqqətinizə təqdim edirik:

“Qafqazinfo”

TəhsiTəhsil müəssisəsi Ümumi plan yeri Ödənişli təhsil üzrə qəbul olanların sayı Qəbul olma faizi
Azərbaycan Kooperasiya Universiteti 1115 672 60,27
Bakı İslam Universiteti 150 110 73,33
Azərbaycan Universiteti 525 216 41,14
Qərb Universiteti 910 574 64,21
Xəzər Universiteti 760 233 39,03
Bakı Avrasiya Universiteti 480 451 93,96
Bakı Qızlar Universiteti 390 311 79,95
Odlar Yurdu Universiteti 780 305 39,25
Bakı Biznes Universiteti 560 241 43,04
Naxçıvan Universiteti (Naxçıvan şəhəri) 345 228 66,47
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 230 94 40,87

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər