ABŞ-da öldürülən sumqayıtlı gəncin əmisi danışdı – Elçini iki nəfər öldürüb

1678

ABŞ-da öldürülən azərbaycanlı iş adamı Elçin Xəlilovun qatilləri hələ tapılmayıb.

Bu barədə aznews.az-a mərhumun əmisi, Sumqayıt Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Tahir Xəlilov deyib.

Onun sözlərinə görə, Elçin Xəlilovun qətlində iki nəfər iştirak edib: “Dünən onu dəfn elədik. Elçinin meyitinin ekspertiza sənədləri ailəsinə təqdim edilib. Orada nə yazıldığını bilmirik. Bizə bildirdilər ki, onu iki nəfər öldürüb. Onlardan heç biri həbs olunmayıb. Axtarışlar davam edir”.

Qeyd edək ki, bir neçə gün öncə azərbaycanlı iş adamı ABŞ-ın Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində «Fixer Electronic Repair» dükanında qətlə yetirilib. Mobil telefonların satışı və təmiri ilə məşğul olan iş adamının meyiti yanvarın 20-də Azərbaycana gətirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər