ABŞ-la Çin arasında növbəti 15 il ərzində müharibə ola bilər.
Axar.az xəbər verir ki, bunu Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı general-leytenant Ben Hoces deyib.
“ABŞ-la Çin arasında müharibə qaçılmazdır. Ona görə də ABŞ-a güclü Avropa lazımdır. ABŞ-ın Avropa və Sakit okeanda Çin təhdidiylə bacarmaq üçün hər şeyi etmək imkanı yoxdur”, – deyə o bildirib.