ABŞ Türkiyəyə qarşı çox böyük səhvə yol verdi – Türkiyə Prezident Administrasiyası

751

ABŞ prezidenti Cozef Bayden 1915-ci il hadisələri ilə bağlı “soyqırım” sözünü istifadə edərək, Türkiyəyə qarşı çox böyük səhvə yol verdi.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Administrasiyadan bildiriblər: “Erməni diasporunun iddialarını təsdiqləmək əvəzinə, C.Bayden bu hadisələrin araşdırılmasına çağırmalı idi. ABŞ bunun Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olduğunu anlamalıdır və Baydenin açıqlamaları cavabsız qalmayacaq.

Baydenin açıqlamalarına baxmayaraq, bir daha Türkiyədə ermənilərə qarşı soyqırımı olmadığını və Baydenin açıqlamalarının heç bir qanuni əsası olmadığını bəyan edirik”.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib.

Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törədib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.

Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər