Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.
Modern.az xəbər verir ki, səsvermə nəticəsində bitərəflərin namizədi Adil Əliyev vitse-spiker seçilib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.