Adnan Oktara və “kedicikler”inə qarşı ŞOK ƏMƏLİYYAT – FOTOLAR

2158
Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, helikopterlərin də cəlb olunduğu əməliyyat İstanbul da daxil olmaqla 5 vilayətdə keçirilir.
Əməliyyat zamanı çox sayda silah və zirehli maşın ələ keçirilib.
İstanbuldakı Çengelköydəki evində tutulan Adnan Oktarın və mühafizəçilərinin polisə müqavimət göstərdikləri bildirilir. Həmçinin Adnan Oktarın canlı yayımlarını verən A9 TV-yə qarşı da əməliyyat keçirilir.
Polisin verdiyi rəsmi açıqlamaya görə, Adnan Oktar cinayət törətmək məqsədiylə təşkilat qurma, uşaqların cinsi istismarı, cinsi hücum, yetkinlik yaşında olmayanlarla cinsi əlaqə, uşaqların qaçırılması və onlara qarşı cinsi təcavüz, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismar edilməsi yolu ilə fırıldaqçılıq, şəxsi həyatın gizliliyini pozmaq, təhdid, böhtan, xalqı əsgərlikdən soyutma, yalan şahidlik, fırıldaqçılıq kimi cinayətlərdə ittiham olunur. Ümumilikdə əməliyyat zamanı bu şəbəkəyə daxil olan 235 şübhəlinin saxlanılması barədə qərar çıxarılıb

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər