Ağalıya böyük köç başlayır: “Evimizin nömrəsini də bilirəm”

673

İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə köçəcək ailələrdən biri də Ceyhun və Nərmin Həsənovlardır. Həmin günü səbirsizliklə gözləyən keçmiş məcburi köçkün ailəsi artıq bütün əşyalarını yığıb, köçün başlayacağı saatı gözləyirlər.
Ceyhun Həsənov Zəngilan rayon İcra Hkimiyyətində şöbə müdiri işləyir. Həyat yoldaşı Nərmin Həsənova isə Ağalı kəndində fəaliyyətə başlayacaq yeni məktəbin direktorudur. Yeni ailə quran cütlük bundan sonrakı həyatlarını doğma Ağalı kəndində davam etdirəcəklər.

AzVision.az -a danışan C.Həsənov tarix yaxınlaşdıqca keçirdikləri hissləri sözlə ifadə etməyin çətin olduğunu vurğulayıb. Deyir ki, ancaq tarixi anı yaşayanlar nə hiss etdiklərini bilər:

– Ağalı kəndindən çıxanda 8 yaşım var idi. Beynimdə ancaq uşaqlıq xatirələri, evimiz, küçəmiz qalıb. Torpaqlarımız işğaldan azad olunandan sonra kəndimizə getmişdik. Sevinirəm ki, 30 ildən sonra dədə-baba yurduna qayıdırıq. Evimizin yerində salınan kənd əvvəlkindən də möhtəşəmdir və Qafqazda analoqu yoxdur. Ora qayıtdıqdan sonra vəzifəmizi layiqincə yerinə yetirməyə çalışacağıq. Bizə bu sevinci yaşadan Ali Baş Komanana, igid Ordumuza minnət6daram. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin”.

Həsənovlar ailəsi Ağalı kəndində 30 nömrəli evdə qalacaq. Amma ailə yaşayacaqları evi hələ görməyib:

“Nömrəsini bilirik, amma evimizi köç zamanı görəcəyik. İmkan daxilində kənd təsərrüfatı ilə də məşğul olmaq niyyətindəyəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər