Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb

1302

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qurumun məlumatına görə, ölüm hadisələri martın 10-da baş verib.

Ölən şəxslərdən biri 1986-cı il təvəllüdlü qadındır. “O, xəstəxanaya 10.03.2020-ci il tarixində saat 13.30-da ağır vəziyyətdə daxil olub və “Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib, müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 20.30-da bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Kəskin ağciyər-ürək çatmamazlığı. İki tərəfli pnevmoniya, ağır gedişli”dir”.

İkinci xəstə isə 1999-cu il təvəllüdlü qadındır: “Xəstə 06.03.2020-ci il tarixində saat 15.20-da Kürdəmir RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib, müalicə təyin edilib.  Vəziyyəti pisləşdiyindən 10.03.2020-ci il tarixində saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 21.05-də bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”dır”.

Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər