Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə ölüb.
BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, xəstəxanada ölüm faktları son iki gündə qeydə alınıb.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib ki, ölənlərdən biri-1959-cü il təvəllüdlü şəxs xəstəxanaya yanvarın 31-də yerləşdirilib. Həmin vaxta qədər bir sıra xəstəxanalarda müayinə və müalicə edilən xəstəyə ağır diaqnozlar qoyulub.
Göstərilən səylərə baxmayaraq ağır vəziyyətdə reanimasiya şöbəsinə köçürülən xəstə dünyasını dəyişib.
1944-cü il təvəllüdlü digər xəstə isə İnstituta fevralın 5-də ağır vəziyyətdə, sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyət, xroniki böyrək çatışmazlığı diaqnozu ilə daxil olub. O, döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, son 4 ayda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 11 nəfər ölüb.