Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, qəza Ağsu-Çaparlı-Bağrlı yolunun 5-ci km-də Daşdəmirbəyli kəndi yaxınlığında qeydə alınıb.
Qəza zamanı Ağsu rayon Cəlayır kənd sakini 1969-cu il təvəllüdlü Usubov Habil Adil oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil qarşı tərəfdən gələn Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Tağıyev Elvin Telman oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ 21011” avtomobili deformasiyaya uğrayıb, nəqliyyat vasitəsində sıxılıb qalan sərnişin Ə.Məmmədovun cəsədi FHN-nin Xüsusi Riskli Xilasetmə qrupu tərəfindən çıxarılıb.
“Jiquli”nin sürücüsü Ağsu rayon Calayır kənd sakini 1969-cu il təvəllüdlü Usubov Habil Adil oğlu, onun həmkəndlisi sərnişinlər 1971-ci il təvəllüdlü Cəfərov Rauf Cavanşiroğlu,1978-ci il təvəllüdlü Cəfərov Qamət Fazil oğlu, həmçinin “Mitsubishi” markalı avtomobilin sürücüsü Tağıyev Elvin Telman oğlu və sərnişin Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Nuriyev Hidayət Hisi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı xəsarət almış 5 xəstənin vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir .
Hadisənin dəqiq səbəbləri araşdırılır.